Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, xidmətin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

– polkovnik Şahvələd İsmayıl oğlu Əliyevə

– polkovnik Yusif Həsən oğlu Mirzəyevə.