Prezident İlham Əliyev Rövşən Sadıqbəylinin Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rövşən Sadıqbəyli Azərbaycanın BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.