“Əsas çətinlik minalardır. Çünki erməni tərəfi mina sahələrinin xəritəsini bizə təqdim etmədi və bu, yeri gəlmişkən, cinayət olaraq qiymətləndirilə bilər, çünki hərbi əməliyyatlara son qoyulandan sonra bizdə həm hərbçi, həm də mülki şəxslərdən həlak olanlar olub. Buna səbəb mina sahələrin xəritəsinin təqdim olunmaması olub”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.