
Elm və təhsil naziri Emin Əmrullayevə yeni müavin təyin edilib.
Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncamı imzalayıb.
Qeyd edək ki, Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.