İqtisadiyyat nazirinin müavini tutduğu vəzifədən azad edilib.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov işdən çıxarılıb.

Qeyd edək ki, N. Səfərov 2006-cı ildən İqtisadi İnkişaf naziririn müavini, 2014-cü ildə İqtisadiyyat və Sənaye nazirinin müavini, daha sonra isə İqtisadiyyat nazirinin müavini işləyib.