Prezident maşını saxlayıb füzulililərlə görüşdü – Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Füzuliyə səfəri çərçivəsində rayon sakinləri ilə görüşüb.
Belə ki, dövlət başçısı sükan arxasında yolda gedərkən yol kənarında toplaşan insanları görüb. O, maşını saxlayaraq onlarla görüşüb.
“Qafqazinfo” sözügedən görüşdən videonu təqdim edir:
Ağcabədi, Beyləqan, Füzuli və Cəbrayılda düşmənin dağıtdığı evlər bərpa edilir – VİDEO

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Ağcabədi, Beyləqan, Füzuli və Cəbrayıl rayonlarına dəymiş ziyanın aradan qaldırılmasına başlanılıb.
Vətən müharibəsi dövründə ermənilər tərəfindən Azərbaycanın bir sıra şəhər və rayonları artilleriya və ballistik raket atəşinə məruz qalıb, günahsız insanlar vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub.
Düşmənin hücumlarından zərərçəkən rayonlardan biri də Ağcabədidir. Hazırda rayonda görülən bərpa və yenidənqurma işləri, şəhərlə yanaşı, torpaqlarımız işğaldan azad olunanadək təmas xətti sayılan kəndlərdə də aparılır.
Eyni zamanda Ermənistan silahlı qüvvələrinin Beyləqan rayonunu atəşə tutması nəticəsində dağıdılan və zərər görən fərdi yaşayış evlərinin, inzibati binaların və mülki obyektlərin də tikintisi və bərpası işlərinə start verilib. Ermənilərin rayon mərkəzini atəşə tutması nəticəsində dağıdılan evlər yenidən inşa edilir.
Həmçinin Ermənistan silahlı qüvvələrinin dinc sakinlərə qarşı törətdiyi terror aktı nəticəsində Füzuli rayonu ərazisindəki yaşayış evləri, mülki obyektlər və infrastruktura ciddi ziyan dəyib. Artıq bu gündən rayon ərazisində tikinti və təmir-bərpa işlərinə start verilib. Belə ki, fərdi yaşayış evləri bərpa edilir, bərpası mümkün olmayanlar isə yenidən inşa olunur.
Eyni zamanda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də tikinti və təmir-bərpa işlərinə start verilib. Vətən müharibəsi zamanı ermənilərin terror hücumu nəticəsində yeni salınan Cocuq Mərcanlıda yaşayış evləri, inzibati binalar, mülki obyektlər ciddi ziyan görüb.
Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli və müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı sülhə məcburetmə əməliyyatlarının gedişində Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra dinc şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq insanlıq əleyhinə cinayətlər törədilib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub.
Dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Baş nazirinin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxışlar keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. Belə ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması üzrə işlərə Gəncə, Mingəçevir, Tərtər və Naftalan şəhərlərində, habelə Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində paralel olaraq başlanılıb.
Ermənilərin dağıtdığı daha bir kəndin görüntüləri – VİDEO

Müdafiə Nazirliyi Füzuli rayonunun Xələfşə kəndindən videogörüntülər yayıb.
“Report” görüntüləri təqdim edir:
Azərbaycanlı dənizçinin nəşi Bakıya gətirildi – Video

Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum zamanı öldürülən azərbaycanlının nəşi Bakıya gətirilib.
Fərman İsmayılovun nəşi bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına çatdırılıb.
Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum ediblər. Gəmin heyətinin 19 üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.
Fərman İsmayılovun nəşi birinci Baş Prokurorluğa, sonra ailəsinə veriləcək – Video

Xəbər verdiyimiz kimi, dəniz quldurları tərəfindən qətlə yetirilən həmyerlimiz Fərman İsmayılovun nəşi Azərbaycana gətirilib.
Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Bakı hava limanında onun nəşinin qarşılanması ilə bağlı açıqlama verib.
Bildirib ki, mərhumun nəşi əvvəlcə Baş Prokurorluğa təhvil veriləcək: “Baş Prokurorluğun nümayəndəsi də burdadır. İlkin olaraq, nəşin üzərində məhkəmə tibbi ekspertiza işi aparılacaq, sonra isə ailəsinə təhvil veriləcək”.
L.Abdullayeva F.İsmayılovun meyitinin vətənə gətirilməsində göstərdikləri köməyə görə Türkiyə tərəfinə təşəkkür edib.
Sexdə maska taxmayan 18 işçi cərimələndi – Video

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində karantin qaydalarını pozaraq işçiləri qapalı məkanda tibbi maskadan istifadə etməyən şirniyyat sexi aşkarlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, obyektə baxış zamanı sexdə işləyən 18 nəfər tibbi maskadan istifadə etmədikləri üçün hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib və onlarla profilaktik söhbətlər aparılıb.
Sexi icarə əsasında işlədən Rəfail Əliyevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində araşdırmalar davam etdirilir.
Qadın narkotacir uşaq yeməyinin içində narkotik keçirdi – Video

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Babayeva İlahə Əziz qızına məxsus çamadan gömrük nəzarəti zamanı saxlanılıb.
Yoxlama zamanı çamadanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən qəhvə qutularının içindəki sellofan paketlərdən 1542 ədəd MDMA (metilendioksimetamfetamin), uşaq yeməyinin içinə yerləşdirilmiş bir bükümdə 320,105 qram narkotik vasitə – kokain, çay paketinin içinə yerləşdirilmiş sellofan paketdə isə təsiredici maddəsinin ümumi miqdarı 87,106 qram olan və dünyada ən təhlükəli narkotik vasitə hesab edilən MDMB-4en-PİNACA (Bonzay) maddəsi aşkar edilib.
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin çatdırılmalı olduğu şəxsləri müəyyən etmək üçün əməliyyat tədbiri həyata keçirilib.
Aparılan təxirəsalınmaz istintaq hərəkətləri ilə cinayətkar qrupun digər üzvləri Məmmədova Lalə İlqar qızı və Kərimova Nərminə Çingiz qızının törədilmiş cinayətdə iştirakçı olmalarına dair əsaslı şübhələr müəyyən edilib.
Lalə Məmmədovanın yaşadığı ünvanda keçirilmiş axtarış zamanı 2 bükümdə, ümumi çəkisi, 8,512 qram psixotrop maddə – metamfetamin, 502 həb MDMA (metilendioksimetamfetamin), 8 bükümdə ümumi çəkisi 7,337 qram təşkil edən narkotik vasitə – kokain və 70 həb preqabalin, həmçinin elektron tərəzi, narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin qəbulunda istifadə edilən çoxlu sayda alətlər, həmin maddələrin alqı-satqısına dair yazıların olduğu qeydiyyat dəftərləri aşkar edilib.
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib və Yasamal rayon məhkəməsinin qərarına əsasən barələrində həbs qətimkan tədbiri seçilib.
Cəbrayılın Göyərçinveysəlli kəndindən görüntülər – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndindən videogörüntülər hazırlayıb.
“Report” həmin görüntüləri təqdim edir.
Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar – Fotolar+Video

Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bu dəfə işğaldan azad edilən Ağdamda Xan qızı Natavanın dağıdılmış məzarından fotolar və video paylaşıb.
Deqati Xurşudbanu Natavanın sümüklərinin məzarından çıxarılaraq aparıldığını bildirib:
“Azərbaycanın bütün dövrlərinin görkəmli şairi, Pənahəli xan soyundan olan Xurşudbanu Natavan 1832-ci il avqustun 15-də Şuşada anadan olub.
O, Qarabağın son hökmdarının varisi idi və ailə sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən, mühəndislik sənətinin şah əsəri olan tarixi Şuşa su kəmərinin çəkilməsinə xərcləmişdi.
Natavan atası və digər ailə üzvləri ilə birlikdə Ağdam şəhərinin 18-ci əsrə aid kompleksində dəfn edilmişdi.
1992-ci ildə şəhər ermənilər tərəfindən ələ keçirilməzdən əvvəl mən bu mədəni mərkəzə baş çəkmiş və məzar daşının və üzərində ucaldılmış heykəlin memarlıq üslubuna heyran olmuşdum.
2020-ci ilin noyabrında şəhər işğaldan azad edildikdən sonra mən yenidən həmin yerə qayıtdım.
Hər şeyin, ehtimal ki, şairin çəkdirdiyi su kəmərindən su içmiş insanlar tərəfindən qəsdən məhv edildiyini, Natavanın məzarına hücumu və hətta bütün sümüklərinin aparıldığını görüb böyük şok keçirdim.
Şairdən qorxan kimdir?”.
Düşmənə qan udduran xüsusi təyinatlı gizirin döyüş hekayəsi – VİDEO

Vətən Müharibəsində onlarla ermənini tək başına məhv edən xüsusi təyinatlı gizirin döyüş yolu. Hərbçi yoldaşları ona “düşmənə qan udduran” ləqəbi ilə xitab ediblər.
Sənan Muxtar oğlu Ələsgərzadə 1995-ci ildə, Şəki rayonunun Əliyar kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Lənkəranda “N” saylı hərbi hissədə xidmətini tamamladıqdan sonra evə qayıtmadan müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb.
Daxili Qoşunlar, daha sonra isə Xüsusi Təyinatlıların sıralarına qoşulub. Uşaqlıqdan bütün sahələrdə fəallığı ilə seçilən Sənan xidmət etdiyi müddətdə də hərbçi yoldaşlarının yanında hörmət qazana bilib.
Sənanın taleyinə Vətən Müharibəsində iştirak etmək və döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmaq da yazıldı. Sənan Ələsgərzadə 27 sentyabrdan etibarən Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Onun son döyüşü isə 20 oktyabrda Qubadlı istiqamətində olub. Döyüşlər zamanı qarşı tərəfdən atılan minaatan mərmisinin qəlpəsi Sənanın bir qolunu qoparıb. O, qanaxması olmasına baxmayaraq döyüşə davam edib. Daha sonra isə əbədi olaraq şəhidlik zirvəzinə ucalıb.
Daxili Qoşunların Xüsusi təyinatlı giziri-Sənan döyüşlər zamanı ermənilərə qan uddurub, onlarla erməni hərbçisini tək başına məhv edib. Döyüş yoldaşları Sənanı hər zaman mərd, qorxmaz bir hərbçi kimi tanıyıblar.
Sənanın qardaşı da Vətən Müharibəsinə könüllü qatılan döyüşçülərdən olub. O, Murov istiqamətində döyüşərkən qardaşının şəhid olması xəbərini eşidib.
Qeyd edək ki, Daxili Qoşunların giziri Sənan Ələsgərzadə Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”medalı ilə təltif olunub.
“Report”un Şimal-qərb bürosunun Daxili Qoşunların Xüsusi Təyinatlı giziri Sənan Muxtar oğlu Ələsgərzadə barədə
Qubadlı rayonunun Dəmirçilər kəndindən görüntülər – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun Dəmirçilər kəndindən videogörüntülər yayıb.
“Report” həmin görüntüləri təqdim edir.
Vətən Müharibəsində qardaşlıq, birlik sayəsində qalib olduq – VİDEO

Züvüc kəndi Lerik rayonunun ucqar kəndlərindəndir. Bu yerlərdə yaşamaq o qədər də asan deyil. Lakin vətənin qara torpağı, boz daşı da əzizdir.
Harda doğulmağımızdan asılı olmayaraq Vətənimiz olan Azərbaycanın uğrunda can verib, can alan oğullarımız var. Bu kəndin də Qarabağ Müharibəsində
şəhadətə yüksələn “Qartal” ları, Şahinləri olub.
“Report”un Cənub Mərkəzi Vətən Müharibəsi şəhidi Şahin Afət oğlu Tahirlinin doğulduğu kənddə olub, əzarını ziyarət ediblər.
Müharibə başlayanda Şahin hərbi xidmətdə olub. Döyüşlərə Fizulidən qoşulub. Sonra barəsində heç bir məlumat olmayıb. Atası və qohumları onu bütün cəbhəboyu hərbi hissələrdə, hospitallarda axtarıblar. Sentyabrın 21-də könüllü olaraq orduya yazılan böyük qardaşı İsgəndər də Şahindən xəbər tuta
bilməyib. Məlumat alıblar ki, son dəfə onu Şuşa istiqamətində Daşaltı kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə görüblər. Ailəsi ilə də son telefon
danışığı noyabrın 3-də olub. Harada olduğunu söyləməyib.
Atası Afət Tahirov deyir ki, müharibə qurtarandan sonra oğlunun axtarışına çıxıb: “Onun nəşini tapanda artıq 10 gündən çox keçmişdi. Amma ata övladını iyindən tanıyar”.
“İnanmadım, qolun açdım. Dedim qolu uşaqlıqda yanıb, izi qalmışdı. Açıb baxdım, gördüm helə odur. Yenə inanmadım. Qolunda məktəbdə oynayanda şüşə kəsmişdi. Ora da baxdım. Gördüm odu. Güllə qolundan dəymişdi, dəymişdi kürəyindən çıxmışdı.
Köksündən oğlunun rəsmini ayırmayan Nazilə ana deyir ki, “çox arzuları vardı balamın. Oxuyurdu. Evimin zəhmətkeşi, hamısının sevimlisi idi. Nənəsi
ayrılığına tab gətirmədi. Şahinim gecələr yuxuma girir, ətrini hiss edirəm, oyanıram.”
“Fəxr edirəm. Deyirdi polis olacam. Ana, nə istəyirsən eliyərəm. İndi ölümünə nə deyim? Getdi Vətən yolunda. İki oğul böyüdüb döyüşə, müharibəyə göndərmişəm. Bir-birindən xəbərsiz….Oğullarımın ikisi ilə də fəxr edirəm. Böyük oğlum da müharibə başlayanda getdi qulluq etməyə.
İsgəndər Şahinin böyük qardaşıdır. Hərbi xidmətini Sülhməramlı qüvvələrin tərkibində başa vurub. Hərbi bacarıqlarından Vətən naminə sərf etməyin vaxtı çatdığını düşünərək ilk çağırışçılarla bərabər orduya səfərbər olub.
“Vətənimiz uğrunda müharibəyə getdim ki, Vətənimizi xilas edək. Həm də ki, qardaşımın yanında olmağa. Gedəndən sonra tam fərqli bir şey oldu. Qardaşımın şəhid olmasın sonradan eşitsəm də ordakı döyüş yoldaşlarımın hamısı mənə qardaş oldu. Qardaşımın şəhid xəbərin eşidəndən sonra da yoldaşlarım bir an belə məni tək qoymurdular. Hamısı qardaşlıq nümunəsi göstərdilər. Sağ olsunlar hər biri. Bu qardaşlığın sayəsində torpaqlarımızı geri ala bildik. Birlik sayəsində. Əvvəl ikimiz də Fizulidə idik. Biz getdik Şuşaya tərəf, Laçın yolunu qorumağa. Onlar noyabrın 7-də Daşaltıda pusquya düşüblər. Snayperlə vurulub, şəhid olub. Şəhidlərin, qazilərin sayəsində qələbə qazandıq. Böyük bir hissdir. Xalqımızın sayəsində. Böyük bir hissdir. Xalqımız sağ olsun.Dayaq oldular. Şuşanın alınmasında taborumuzun böyük xidməti olub. Laçın koridorunu saxlamaqla. Onun sayəsində oldu. Artıq müharibə bitib. Həyat davam etməkdədir. Ailədə yeni Arzu doğulub. Şahin dayısına isə bu günə şahidlik etmək qismət olmayıb. Amma əsgər məvacibindən ayırdığı muştuluq sahibinə yetişib. Bacısı uşağının dünyaya gəldiyin eşidəndə deyib ki, ata cibimdən 20 manat ayırıb, o biri cibimə qoyuram. Gələndə muştuluğunu verərəm. Verib gizirə ki, döyüşdən sonra alaram səndən. Həmin 20 manat sonradan gəlib çıxıb bizim evə.
Bu da bir əsgər hekayəsinin sonu. Kaş ki, bütün diləklərimiz ünvanınavaxtında yetişəydi!
Vətən müharibəsi qazisi: “Onu körpə olanda ermənilər yerə çırpıb” – VİDEO

Atasının və qardaşının qisasını almaq üçün döyüşə gedən qazimiz
“Report”un Qərb Mərkəzinin müxbiri Vətən müharibəsində hər iki ayağından yaralanan qazi Qocayev Xəqani German oğlunla həmsöhbət olub.
Xəqani 1988- ci ildə Qərbi Azərbaycandan ailəsi ilə birgə ermənilərin Azərbaycana qarşı ərazi iddalarına başladıqdan sonra məcburi şəkildə öz dədə-baba torpaqlarından zorla qovulublar:
“O vaxt atamla qardaşım ermənilərə girov düşmüşdü. Qardaşımı atamın əlindən alıb işgəncələr veriblər. Onu körpə olanda ermənilər yerə çırpıb. Aldığı tranvalar nəticəsində qardaşım 28 yaşında vəfat etdi.
Ölkədə elan olunan qismən səfərbərlik çərçivəsində könüllü olaraq döyüşə gedən Xəqani bir müddət təlim keçdikdən sonra Füzulidən döyüşlərə başladığını deyir:
“Füzulidə 3-4 gün qaldıq. Əmr gəldikdən sonra biz gecəynən Şuşa-Xankəndi istiqamətinə getdik. Hardasa 13 saat yol getdik. Getdik Şuşa-Xankəndi istiqamətinə və orada mühasirəyə düşdük. Bizdən qabağda olan döyüş yoldaşlarımızın köməyə gəlməsi ilə mühasirəni yararaq Şuşa istiqamətində hərəkətə başladıq”.
Vətən müharibəsi iştirakçısı, qazi X.Qocayev deyir ki, noyabrın 8-də Şuşaya doğru hrəkət etməyə başlayıblar. Bu zaman isə düşmən güclü həyəcan siqnalı veriblər: “Şuşa-Xankəndi-Daşaltı istiqamətində döyüşlərə başladıq. Düşmənin güclü həyəcan siqnalının ardınca bizi ağır ertileriya qurğularından və iri çaplı silahlardan atəşə tutudular”.
O əlavə edib ki, yaralı və şəhidlərin olmasına baxmayaraq “İrəli” əmri ilə düşmənin üstünə şığıyıblar:
“Qabağa getmək istəyirdim ki, arxadan güllə səsi gəldi. Ayağımda ağrı hiss etdim. Daş insanın ayağına dəyəndə necə ağrı hiss edirsə elə bir ağrı hiss etdim. Çöndüm baxdımki əclaf məni vurub. Nəsə deyirdi başa düşmək olmurdu. Elə fürsət yarandı ki, mən dönməyimlə bunu görüb vurdum, qisasımı aldım ondan. Bu yıxıldı yerə, həmin an məndə qəhramanlıq hissi yaranmışdı. Nəsə qabağa çöndüm axsıya axsıya biraz getmişdim ki, minamyot düşdü arxaya, məni üzü üstə çırpdı yerə sonra gördümki mən özümü hiss etmirəm, ayağımdan qan axdığını gördüm və bundan sonra huşumu itirmişəm”.
Qeyd edək ki, X.Qocayev ailəlidir, 2 qızı var. Vətən müharibəsində hər iki ayağından yaralanan, Xəqani eyni zamanda bədəninin müxtəlif nahiyələrində bədənində bir neçə qəlpə də gəzdirir.
Azərbaycan və Rusiya FHN 3 hektar ərazini minalardan təmizlədi – VİDEO

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.
Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, birgə fəaliyyət nəticəsində bu günədək ümumilikdə, təqribən, 9 hektardan artıq sahədə axtarış işləri aparılıb, 3 hektar sahə fərdi axtarışla tamamilə təmizlənib. Bu müddət ərzində 340 ədəd mina və 3 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 195 ədədi piyada əleyhinə, 145 ədədi isə tank əleyhinə olan minalardır.
Cəbrayılın Karxulu kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Karxulu kəndindən videogörüntülər yayıb.
“Report” görüntüləri təqdim edir:
Xırdalanda partlayışdan sonrakı vəziyyət – Video

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Nazirliyin xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntı altından 6 nəfər vətəndaş xilas olunub, 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ümumilikdə, əməliyyata Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyət, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
General Etibar Mirzəyev hadisə yerində – VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də hadisə yerindədir.
Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.
Həmçinin baxın
Ağcabədi, Beyləqan, Füzuli və Cəbrayılda düşmənin dağıtdığı evlər bərpa edilir – VİDEO
Fərman İsmayılovun nəşi birinci Baş Prokurorluğa, sonra ailəsinə veriləcək – Video
Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar – Fotolar+Video
Vətən müharibəsi qazisi: “Onu körpə olanda ermənilər yerə çırpıb” – VİDEO
FHN dağlıq ərazidə yaşayanlara və səfər edənlərə xəbərdarlıq etdi – Video
Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyasının təqdimat mərasimi keçirilib – Video + Foto
Bizi Facebook-da izləyirsiniz?
Bağla