Azərbaycan Prezidenti İlham Əliyev İlham Rəhimovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İlham Məmmədhəsən oğlu Rəhimov “Şöhrət” ordeni ilə təltif edilib.