Rumıniya Prezidenti ilə ikitərəfli gündəliyimizin geniş əhatəli məsələlərinə dair çox yaxşı müzakirələr apardıq və əlaqələrimizin strateji əhəmiyyətini bir daha təsdiqlədik. Strateji tərəfdaşlar olaraq biz irəliyə doğru gedirik.
Bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşdə çıxışında bildirib.