Prezident İlham Əliyev Eyvaz Hüseynovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Eyvaz Mövsüm oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Eyvaz Hüseynov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısıdır.