Prezident: “Heç vaxt biz bu vəziyyətlə barışmaq fikrində deyildik” – VİDEO

“Mən bir daha danışıqlar dövrünə qayıtmaq istəyirəm. O vaxt dəfələrlə mənə deyilirdi ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. Deyə bilərəm ki, bütün beynəlxalq təşkilatlar, təmasda olduğum bütün böyük dövlətlərin liderləri dəfələrlə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Bu, ifadələr açıq mətbuatda da var. Mən nə deyirdim? Deyirdim ki, var! Deyirdim ki, lazım olsa torpaqlarımızı hərbi yolla azad edəcəyik. Deyirdim ki, müharibə heç zaman istisna olunmur”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
“Danışıqlar dövründə müxtəlif mərhələlərdə dəfələrlə təklif irəli sürülürdü ki, Azərbaycan tərəfi müharibə yolundan imtina etsin. Mən heç vaxt buna razılıq vermirdim. Ondan sonra məni ittiham etməyə başlayırdılar ki, İlham Əliyev müharibəyə başlamaq istəyir. Mən deyirdim ki, məsələni sülh yolu ilə həll etmək istəyirəm. Amma həll etmək istəyirəm. Ermənistan nə istəyirdi? Status-kvonu saxlamaq, əbədi etmək. Hesab edirdi ki, əgər 26-27 il ərzində buna nail olubsa, deməli, bundan sonra da nail olacaq. Hesab edirdilər ki, onların havadarları daim onları müdafiə edəcəklər, onların arxasında duracaqlar, onların əvəzinə müharibə aparacaqlar. Onlar, ümumiyyətlə, hesab edirlər ki, bütün dünya bunlara borcludur. Onlar bu ziyanlı və xəstə təfəkkürlə öz ölkəsini idarə etmək istəyirlər ki, kimsə gəlməlidir, bunlara mütləq kömək göstərməlidir. Bəs, siz özünüz nəyə qadirsiniz? Əgər hər zaman kiminsə ətəyindən yapışıb hansısa imtiyaz umursunuzsa, bəs, özünüz nəyə qadirsiniz? Bax, bu təfəkkür onların cəmiyyətini də demək olar ki, yanlış istiqamətə aparıb. Bu gün də hamıdan narazıdırlar. Bu gün də hamıya qarşı iddialar irəli sürürlər ki, nə üçün bizi heç kim müdafiə etmir. Sizi kim müdafiə etməlidir? Siz müstəqil ölkəsiniz, – əgər belə demək mümkündürsə, – müstəqil ölkə kimi də yaşayın, bu, birincisi. İkincisi, siz başqasının torpağını zəbt etmisiniz. Bir milyon insanı evsiz-eşiksiz qoymusunuz. Bütün binaları, evləri, şəhərləri dağıtmısınız. Siz özünüzü vəhşilər kimi aparmısınız. Haqq-ədalət sizin tərəfinizdə deyil, beynəlxalq hüquq sizin tərəfinizdə deyil, tarixi həqiqət sizin tərəfinizdə deyil. Amma hesab edirdilər ki, bu torpaqları əbədi saxlayacaqlar. Hesab edirdilər ki, vaxt keçəcək, nəsillər dəyişəcək. Azərbaycan xalqı bunu unudacaq, bu vəziyyətlə barışacaq. Səhv etdilər. Heç vaxt biz bu vəziyyətlə barışmaq fikrində deyildik”, – ölkə başçısı qeyd edib.
Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız – VİDEO

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi xidmət göstərməkdən ibarət olub. Lakin 18 yaşında şəhidlik zirvəsinə ucalmaqla ali zirvəyə yüksəldi.
“Report”un Muğan bürosu Cəlilabad rayonunun Uzuntəpə kəndindən olan şəhid Əli Qəmbərovun ailəsində olub, onun döyüş yoluna nəzər salıb.
Ailə üzvlərinin sözlərinə görə, Əlinin ən böyük arzusu hərbçi olmaq idi.
Vətən müharibəsi başlayanda Əli cəmi 6 ay idi ki, Füzuli istiqamətində hərbi xidmətdə idi. Sentyabrın 27-də xidmət etdiyi səngərdə “İrəli” əmrini alanlardan olub. Aylarla müşahidə etdiyi düşmən səngəri bir neçə saat sonra cəsur döyüşçülərimizin nəzarətinə keçib. Döyüşdəki ilk qələbəsindən sonra o, atasına zəng edərək zəfər qubanı kəsməsini xahiş edib.
Əli Qəmbərov bir neçə gərgin döyüşdə şücaətləri ilə seçilib. O, hətta ağır əməliyyatlarda belə, daim öndə olub. Cəsur döyüşçümüz oktyabrın 6-da növbəti ağır döyüşlərdən birində şəhidlik zirvəsinə ucalıb.
Allah rəhmət eləsin!
Vaksinin hansı əlavə təsirləri ola bilər? – Video

“Hər bir vaksinin əlavə təsiri var. Bizim COVİD-19-a qarşı ilkin mərhələdə seçdiyimiz inaktiv vaksinlərin əlavə təsirləri daha azdır. Bu əlavə təsirlər baş ağrısı, yüngül qızdırma, bəzən isə halsızlıq ola bilər”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Xəzər” kanalına müsahibəsində deyib.
R.Bayramlı əlavə edib ki, Azərbaycanda istifadə edilməyə başlanılan vaksinlər Türkiyədə 1 milyondan çox həkimə vurulub və heç bir əks təsir aşkarlanmayıb:
“Ölkəmizə gətirilən hər bir vaksin laboratoriya sınaqlarından sonra qəbul edilir. Ölkəmizə gətirilən vaksin seriyası da Türkiyə Səhiyyə Nazirliyinin Əczaçılıq Qurumunun laboratoriyalarında iki həftəlik analiz proseslərindən keçib. Əlimizdə onların bütün analizlərdən uğurla keçməsi barədə rəsmi məlumatlar var. Anlaşmaya uyğun olaraq, bundan sonrakı vaksin partiyaları da belə gətiriləcək”.
TƏBİB sədri bildirib ki, hər bri şəxs vaksinasiya olduqdan sonra 30 dəqiqə ərzində müşahidə altında saxlanılır, üstəlik əks təsirlər barədə onlara verilən məlumat kitabçasından istifadə etməklə ərazi üzrə poliklinikalara müraciət edə bilərlər.
“Müqəddəs alman Lüteran kilsəsi” haqda – Videoçarx

Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində “Müqəddəs alman Lüteran kilsəsi” barədə videoçarx hazırlayıb.
Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, videoçarxda qeyd olunub ki, xilaskar kilsəsi kimi tanınan Bakıdakı alman lüteran kilsəsi 1896-1899-cu illərdə alman memar Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilib.
Kilsənin 21 mart 1896-cı ildə baş tutan təntənəli təməlqoyma mərasimində Bakı qubernatoru Pavel Lileyev və bələdiyyə başçısı İretskiy də iştirak edib. Kilsə, Nobel qardaşları da daxil olmaqla dindarların ianələri əsasında ərsəyə gəlib.
15 mart 2010-cu ildə kamera və orqan musiqisi zalı binasının tarixi-memarlıq abidəsi və mədəniyyət ocağı kimi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev binanın bərpası haqqında sərəncam imzalayıb. Bir il ərzində davam edən restavrasiya işlərindən sonra 30 dekabr 2010-cu ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kilsə binasının açılışında iştirak ediblər. Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilmiş əsaslı təmir və bərpa işləri binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirilib.
Şəhidin adını daşıyan bulaq istifadəyə verilib – VİDEO

Kürdəmirdə 2-ci Qarabağ müharibəsi şəhidi Adəm Əliyevin adını daşıyan bulaq istifadəyə verilib.
Əliyev Adəm İlqar oğlu 2000-ci ilin 19 noyabrında Ağdamın Üçoğlan kəndində dünyaya göz açıb.
2 yaşındayakən ailəsi ilə birgə Kürdəmirə köçüb və burada yaşayıblar. 6 yaşında Tofiq İsmayılov adına şəhər 1 saylı tam orta məktəbə gedib. Orta təhsilini başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanıb.
Qəlbindəki Vətən sevgisi onu ordu sıralarından ayrılmağa qoymur. Belə ki, o, müddətli xidməti bitdikdən sonra müddətdən artıq hərbi qulluqçu kimi qalmaq üçün müraciət edib və təlim kurslarını uğurla başa vuraraq yenidən Vətənin keşiyinə yollanıb.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda o da ön cəbhədə olub. Ağır döyüş tapşırıqlarının yerinə yetirilməsində, düşmənin canlı qüvvəsi, eləcə də texnikasının məhv edilməsində böyük qəhrəmanlıq və şücaət göstərib. Sentyabrın 26-sı ailəsi ilə telefon əlaqəsi saxlayıb və hər şeyin yaxşı olduğunu deyib. İki gün sonra isə ailəsinə Adəmin şəhid xəbəri verilib.
Ruhunun əbədiləşdirilməsi məqsədilə yaşadığı rayonda şəhidin adını daşıyan bulaq istifadəyə verilib. Bulağın açılışında idarə və müəssisə nümayəndələri, şəhidin qohumları, yaxınları və rayon ictimaiyyəti iştirak edib. Məktəblilərin vətənpərvərlik mövzusunda şeirləri səslənib, şəhid Adəm Əliyevin keçdiyi həyat və döyüş yoluna nəzər salınıb.
Türkiyənin müdafiə naziri və Baş Qərargah rəisi İraqda səfərdədir – VİDEO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər İraqın paytaxtı Bağdadda səfərdədir.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumatı yayıb.
H.Akar İraqın müdafiə naziri Cuma Anad və digər yüksək vəzifəli şəxslərlə görüşəcək.
Gün ərzində gerçəkləşəcək görüşlərdə terrorçuluq ilə mübarizədə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Bu da Füzulinin Merdinli kəndi – Video

Müdafiə Nazirliyi Füzuli rayonunun Merdinli kəndindən videogörüntülər yayımlayıb.
“Qafqazinfo” həmin görüntüləri təqdim edir:
Ağdamın Xıdırlı kəndindən görüntülər – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Ağdam rayonunun Xıdırlı kəndindən videogörüntülər hazırlayıb.
“Report” həmin görüntüləri təqdim edir.
Hirkan Milli Parkında yanğın davam edir – Video

Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.
Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin “BE-200ÇS” tiplı amfibiya təyyarəsi cəlb olunub.
Əlavə məlumat veriləcək.
Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri “Qış təlimi-2021″də iştirak edəcək – Fotolar+Video

Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021″də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək. Təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə mərasim keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, yolasalma mərasimində Dövlət Himni səsləndirildikdən sonra çıxış edən general-mayor Fazil Ağalarov inkişaf edən Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığından, hər il Naxçıvan və Qars şəhərlərində keçirilən birgə hərbi təlimlərin əhəmiyyətindən, Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbədən danışaraq “Qış təlimi-2021″də iştirak edəcək bölmələrə uğurlar arzulayıb.
Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.
Hərbçilərimiz təlimlər üçün Qarsa getdi – Video

Xəbər verdiyimiz kimi, 1-12 fevral tarixində Qars vilayətində Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələri ilə birlikdə “Qış-2021 Türkiyə-Azərbaycan ortaq hərbi təlimləri” keçiriləcək.
Azərbaycan ordusunun əsgərləri artıq Qarsa yola düşüb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Səfərbərlikdən tərxis edilmiş 1953 nəfərin müraciəti qeydə alınıb – Video

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiyaya 6 gün ərzində 1751 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 202 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Komissiya tərəfindən həftə ərzində cəmi 1953 vətəndaş qəbul edilib və müraciətləri qeydə alınıb.
Yerevanda avtomobillərlə Paşinyan əleyhinə itaətsizlik aksiyası keçirilir – VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən ölkə vətəndaşları bu gün Yerevanda avtomobillərlə itaətsizlik aksiyası keçirirlər.
Qeyd edilir ki, avtomobillərlə aksiya keçirənlər paytaxtın mərkəzindəki “Respublika” meydanında olacaqlar.
Ünvanlı sosial yardım necə təyin edilir? – Video

Ünvanlı sosial yardıma müraciət proseduru ilə bağlı bir çox sualları nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən video çarx hazırlanıb.
Nazirlikdən verilən məlumata görə, videoçarxda e-sosial-az portalı vasitəsilə ünvanlı sosial yardıma müraciət qaydası izah olunur.
Videoçarxı təqdim edirik:
Vətən müharibəsində qazi atasının missiyasını tamamlayan qalib əsgər – VİDEO

2020-ci in sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında fəal iştirak edən, bir sıra ağır döyüşlərdə şücaət göstərən qəhrəman əsgərimiz Siyasət Əmirov ordu sıralarından tərxis olunub.
Vətən müharibəsi iştirakçısının doğulduğu Cəlilabad rayonunda təntənəli qarşılanma mərasimi keçirilib.
Müqəddəs missiyasını tamamlayaraq evinə qayıdan əsgərimizin qarşılanma mərasimində ailə üzvləri, yaxınları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qələbə əzmi ilə geri dönən qalib Azərbaycan əsgəri daha sonra mərasim iştirakçıları ilə birlikdə Vətən müharibəsində şəhid olan döyüş yoldaşlarının məzarlarını ziyarət edib, onların ruhlarına dualar oxuyub.
S.Əmirov Cəlilabad rayonunun Sərhədabad kəndində, qazi ailəsində dünyaya göz açıb. Onun atası Seyfəddin Əmirov Birinci Qarabağ müharibəsi iştirakçısı olub. 1993-cü ildə Qarabağda gedən döyüşlərə qatılan S.Əmirov 1994-cü ildə yaralanıb və qazi kimi geri dönüb. Üç il sonra onun gələcəkdə növbəti Qarabağ savaşında missiyasını davam etdirəcək oğlu dünyaya gəlib.
Siyasət Vətən müharibəsinin ilk günündən Azərbaycanın işğal altında olan torpaqlarının erməni tapdağından azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. O, bir sıra döyüş əməliyyatlarında fəal iştirak edərək qazi atasının missiyasını qəhrəman övlad kimi tamamlayıb.
23 yaşlı qəhrəman əsgərimiz Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə xüsusi fəallıq göstərib. Elə göstərdiyi şücaətlərə görə də Azərbaycanın Ali Baş Komandanı tərəfindən “Füzuli”, “Cəbrayıl” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Kəlbəcərdə qəbiristanlıqda 27 ildən sonra azan səsləndirilib – VİDEO

Kəlbəcər rayonundakı qəbiristanlıqda 27 ildən sonra yenidən azan səsləndirilib.
Həmin anlar lentə alınıb.
Videogörüntünü təqdim edirik:
Füzulinin Mirzəcamallı kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Füzuli rayonunun Mirzəcamallı kəndindən videogörüntülər yayımlayıb.
“Report” həmin görüntüləri təqdim edir:
Həmçinin baxın
Türkiyənin müdafiə naziri və Baş Qərargah rəisi İraqda səfərdədir – VİDEO
Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri “Qış təlimi-2021″də iştirak edəcək – Fotolar+Video
Səfərbərlikdən tərxis edilmiş 1953 nəfərin müraciəti qeydə alınıb – Video
Yerevanda avtomobillərlə Paşinyan əleyhinə itaətsizlik aksiyası keçirilir – VİDEO
Vətən müharibəsində qazi atasının missiyasını tamamlayan qalib əsgər – VİDEO
Ermənilərdən qənimət götürdüyümüz texnikalar burada göstəriləcək – Video
İlham Əliyev: “Bu oğrular qaçaqaçda kondisioneri də söküb aparıblar” – VİDEO
Qarabağdan qaçaqmalçılıqla İrəvana silah-sursat keçirən qrup ifşa olundu – Video
Kontakt.az ölkənin ən çox ziyarət olunan elektron ticarət platforması seçilib – Video
Cavanşir Feyziyev: Ermənistan bütün cəbhələrdə Azərbaycana açıq-aşkar uduzur – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla