“Türkiyədən olan şirkətlər artıq layihələrdə yer alıblar. Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Göygöldən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri çalışır. Bu da mürəkkəb və çətin ərazidən keçir. Orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında “HaberGlobal” TV-nin əməkdaşının sualını cavablandırarkən deyib.