Prezident İlham Əliyev deputat Elşad Həsənovla bağlı sərəncam verib.

Sərəncama əsasən, Elşad Eldar oğlu Həsənov Yasamal rayonuna icra başçısı təyin edilib.

Qeyd edək ki, E. Həsənov 2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib.

Xatırladaq ki, Yasamalın icra başçısı Əziz Əzizov Suraxanıya icra başçısı göndərilib.