Prezident daha bir Xalq artistinə ev verdi

Prezident İlham Əliyev Xalq artisti Fikrət Verdiyevə ev hədiyyə edib.Bu barədə tanınmış tarzənin xanımı Bəyimxanım Cavanşirova sosial şəbəkədə məlumat verib. 

“Prezidentimiz İlham Əliyev Fikrət Verdiyevi Bakı şəhərində möhtəşəm mənzillə təmin etdi. Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidetimizə dərin hörmət ehtiramla minnətdarlığımızı bildiririk”- deyə B. Cavanşirova bildirib. 

Qeyd edək ki, F.Verdiyev Gəncədə  “Göygöl” ansamblının  yaradıcısıdır və onun Gəncə Dövlət Filarmoniyasının qurulmasında rolu olub. 

İstinadlar Qafqazinfo

Prezident daha bir xalq artistinə ev verdi

Azərbaycan Prezidenti İlham Əliyev mərhum müğənni Anatollu Qəniyevin oğlu, xalq artisti Heydər Anatolluya ev bağışlayıb.

Bu barədə H.Anatollu özü bildirib. O deyib ki, Bakı Şəhəri İcra Hakimiyyətindən zəng vuraraq cənab Prezidentin ona mənzil hədiyyə etdiyini bildiriblər:

“Artıq evlə tanış olmuşam. Üç otaqlıdır. Yeni Yasamal ərazisində yerləşir.

Cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu, sənətimə və səhnə fəaliyyətimə verilən ən yüksək dəyərdir”.

Qeyd edək ki, bundan əvvəl ölkə başçısı Xalq artisti Məmmədsəfa Qasımova, Əməkdar artistlər Vəfa Rzayevaya, Sənubər İsgəndərliyə də ev hədiyyə edib.

İstinadlar oxu.az