AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 186 nəfərə çatıb
  • İraq və Suriyada terrorçular məhv edilib
  • ABŞ BMT vasitəsilə Əfqanıstana 150 milyon dollar ayırır
  • İsraildə atışma zamanı 7 nəfər yaralanıb
  • Zelenski Rusiya ordusunun qüvvə və vasitələrinin məhv edildiyini bildirib
  • Cənubi Koreyada daşqınlar nəticəsində 14 nəfər ölüb
  • Malinin hökumət başçısı xəstəxanaya yerləşdirilib
  • Belarusda təyyarə qəzası olub, ölənlər var
  • Bakı sakinləri Qubada yol qəzasına düşüblər
  • Pakistanda ağır yol qəzasında azı 13 nəfər ölüb, yaralananlar var
  • İraq və Suriyada terrorçular məhv edilib
  • İsraildə atışma zamanı 7 nəfər yaralanıb
  • Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib”
  • Salman Rüşdiyə hücum edən şəxs adam öldürməyə cəhddə ittiham olunur
  • Erməni generalın sanatoriyasında kütləvi dava olub, meyit aşkarlanıb
  • Azərbaycan hərbçiləri “Qardaş Briqada” layihəsi çərçivəsində Türkiyədə təlimdə iştirak edib
  • Reyn çayında suyun səviyyəsinin aşağı düşməsi naviqasiya üçün təhlükəyə çevrilib
  • “Qaçqınkom”: “Laçın şəhərinə qayıdacaq ailələrin sayı dəqiqləşdirilir”
  • Erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşada uçuşlar həyata keçirməyə cəhd göstərib
  • Əfqanıstanda qadınlar aksiya keçirib, ölənlər var
  • Azərbaycan Türkiyədən qara və əlvan metalların idxalını artırıb
  • Bolqarıstanın energetika naziri: “Azərbaycan qazı IGB vasitəsilə oktyabrda nəql ediləcək”
  • İrandan Azərbaycana 16 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb
  • Aİ-nin yeddi ölkəsi yeraltı qaz anbarlarını 80 %-dən çox doldurub
  • Azərbaycan Ordusuna Laçın dəhlizi ilə bağlı tapşırıqlar verilib
  • Müdafiə naziri orduya Qarabağdakı əməliyyat şəraiti ilə bağlı göstərişlər verib
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Prezident Bakıda beynəlxalq konfransda çıxış etdi – Fotolar + – VİDEO
30/06/2022 16:41
Qəbələdə qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb – VİDEO
12/08/2022 11:44
Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir – VİDEO
12/08/2022 10:32
Müdafiə Nazirliyindən yeni azad edilən yüksəkliklərdən – VİDEO
11/08/2022 16:53
Babadağda həlak olduğu bildirilən şəxsin axtarışlarına polis və dronlar cəlb edilib – VİDEO
09/08/2022 15:14
Türkiyə Ukraynaya 50 ədəd zirehli avtomobil verib – VİDEO
09/08/2022 12:19
“Gizir hazırlığı kursu”na qəbul başladı – Video
08/08/2022 19:17
“Azərişıq” Cəlilabadın10 kəndinin elektrik şəbəkəsini yenidən qurur – Video
08/08/2022 16:44
Səfər Mehdiyevin polis tərəfindən saxlanılması videosu yayıldı
08/08/2022 13:23
Bakı-Gəncə qatarında yenilik – VİDEO
08/08/2022 12:43
“Müstəntiq məndən 25 min manat istədi” – Klinika rəhbəri – VİDEO
08/08/2022 12:30
Ötən ay Sabunçuda narkotik, oğurluq və quldurluq cinayətləri üzrə 61 nəfər saxlanılıb – VİDEO
08/08/2022 10:20
Şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edilənlər tutuldu – Video
06/08/2022 14:08
Şuşada “Muğam”ın qalibləri müəyyənləşdi – Video+
05/08/2022 19:41
Şuşada “Muğam”ın finalı keçirilir – Canlı – VİDEO
05/08/2022 16:31
İsmayıllıda 50 yaşlı kişi qadının evini yandırıb – VİDEO
05/08/2022 14:53
“Dini hisslərə toxunmaqla qarışıqlıq yaratmağa cəhd göstərirlər” – Hacı Şahin – VİDEO
05/08/2022 14:08

Video xəbərlər

  • Qəbələdə qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb – VİDEO
  • Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir – VİDEO
  • Müdafiə Nazirliyindən yeni azad edilən yüksəkliklərdən – VİDEO
  • Babadağda həlak olduğu bildirilən şəxsin axtarışlarına polis və dronlar cəlb edilib – VİDEO
  • Türkiyə Ukraynaya 50 ədəd zirehli avtomobil verib – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

14/08/2022
09:02 Avstraliya paytaxtının hava limanı atışma ilə əlaqədar təxliyə edilib
08:50 Bakı-Moskva təyyarəsində texniki problem yaranıb
08:35 Slovakiya Ukraynaya 4 ədəd özüyeriyən zenit qurğusu verib
06:56 Qəbələdə yol qəzasında ana və 2 yaşlı körpəsi xəsarət alıb
06:02 Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 186 nəfərə çatıb
04:47 İraq və Suriyada terrorçular məhv edilib
04:23 ABŞ BMT vasitəsilə Əfqanıstana 150 milyon dollar ayırır
03:38 İsraildə atışma zamanı 7 nəfər yaralanıb
02:32 Zelenski Rusiya ordusunun qüvvə və vasitələrinin məhv edildiyini bildirib
01:23 Cənubi Koreyada daşqınlar nəticəsində 14 nəfər ölüb
00:26 Malinin hökumət başçısı xəstəxanaya yerləşdirilib
00:11 Belarusda təyyarə qəzası olub, ölənlər var
00:05 Bakı sakinləri Qubada yol qəzasına düşüblər
13/08/2022
23:50 Pakistanda ağır yol qəzasında azı 13 nəfər ölüb, yaralananlar var
23:44 Makron Finlandiya və İsveçin NATO-ya üzvlük protokollarını imzalayıb
23:08 ADPU-nun kollecinin tələbəsi avtomobil qəzasında ölüb
22:38 Bu gün 3 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
22:17 Xaçmazda 40 yaşlı kişi bıçaqlanıb
21:44 Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib”
21:08 Salman Rüşdiyə hücum edən şəxs adam öldürməyə cəhddə ittiham olunur
19:23 Türkiyənin sabiq Prezidenti Abdullah Gül koronavirusa yoluxub
18:50 Erməni generalın sanatoriyasında kütləvi dava olub, meyit aşkarlanıb
17:35 Azərbaycan hərbçiləri “Qardaş Briqada” layihəsi çərçivəsində Türkiyədə təlimdə iştirak edib
17:11 Yaponiyada qasırğa səbəbilə 70 mindən çox insan təxliyə edilib
16:53 Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıb
16:47 İsmayıllı sakininin evində külli miqdarda narkotik aşkarlanıb
15:59 Reyn çayında suyun səviyyəsinin aşağı düşməsi naviqasiya üçün təhlükəyə çevrilib
15:23 Rusiya XİN: “Kiyevə silah tədürükü “xüsusi əməliyyat”ın genişlənməsinə səbəb olacaq”
15:13 “Qaçqınkom”: “Laçın şəhərinə qayıdacaq ailələrin sayı dəqiqləşdirilir”
15:11 Erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşada uçuşlar həyata keçirməyə cəhd göstərib
15:08 Əfqanıstanda qadınlar aksiya keçirib, ölənlər var
14:56 İspaniyada festivalda səhnə uçub, 1 nəfər ölüb, 40 nəfər yaralanıb
14:50 Azərbaycan Türkiyədən qara və əlvan metalların idxalını artırıb
14:11 Kabildə partlayış olub, 2 nəfər yaralanıb
13:59 Nazirlik: “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi mexanizmləri hazırlanıb”
13:56 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
13:14 Bolqarıstanın energetika naziri: “Azərbaycan qazı IGB vasitəsilə oktyabrda nəql ediləcək”
13:10 Xəzər dənizində bir nəfər batıb
13:08 Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb 
13:05 Ukrayna Prezident Ofisi: “Müharibə Krımın azad olunması ilə başa çatmalıdır”
12:11 Fransa parlamenti ölkədə yanacaq ehtiyatının rekord dərəcədə az olduğunu bildirir
12:05 İrandan Azərbaycana 16 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb
11:56 Aİ-nin yeddi ölkəsi yeraltı qaz anbarlarını 80 %-dən çox doldurub
11:43 Azərbaycan Ordusuna Laçın dəhlizi ilə bağlı tapşırıqlar verilib
11:41 MN: “Nizamnamələrin tələblərini və əmrləri pozanlara qarşı qətiyyətli tədbirlər davam etdiriləcək”
11:38 Müdafiə naziri orduya Qarabağdakı əməliyyat şəraiti ilə bağlı göstərişlər verib
11:32 Zakir Həsənov: “Döyüş hazırlığı tədbirləri yüksək səviyyədə keçirilməli, tapşırıqlar operativ icra olunmalıdır”
11:17 Qəbələdə avtomobillər toqquşub, ölən var
11:08 Xızıda sürücü və dostu polislərə müqavimət göstərib
11:05 Sentyabrda Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden arasında görüş ola bilər
10:41 Ukrayna Baş Qərargahı: “Son sutkada Rusiyanın daha 7 tankı məhv edilib”
10:38 Bakıda fəhlə faciəvi şəkildə ölüb
10:23 Belarus Azərbaycana yüklərin ixracı üçün yeni logistik marşrutlar hazırlayıb
10:20 Astarada narkotikin təsiri altında avtomobili idarə edən sürücü həbs olunub
09:49 BMT: “Taliban” öz siyasətini dəyişməsə, əfqanların gələcəyi qaranlıq olacaq”
09:47 ABŞ Müdafiə Nazirliyi: “Ukrayna Xarkovda bəzi uğurlar əldə edib”
09:11 Polis Mingəçevirdə əməliyyat keçirib, 6 nəfər saxlanılıb
08:59 Şirvanda oğru dəstə saxlanılıb
08:52 Azərbaycan neftinin qiyməti 1,5 dollar ucuzlaşıb
08:50 İran nüvə sazişinə qayıtmasının şərtlərini açıqlayıb

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Prezident Bakıda beynəlxalq konfransda çıxış etdi – Fotolar + – VİDEO

Multimedia 30/06/2022 16:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir.

Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayır.

“Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransda 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edəcək.

Üç gün davam edəcək konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, qurumun sədri və sədr müavinləri seçiləcək.

***

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edir.

Dövlət başçısı konfransda çıxış edib.

***

Prezident İlham Əliyevin çıxışı

– Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Azərbaycana xoş gəlmisiniz. Sizin hamınızı görməyə çox şadam. Ümidvaram ki, şəhərimizdə yaxşı vaxt keçirəcəksiniz.

Bu gün zənnimcə Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirilir. Burada – Bakıda biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradırıq. Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığımı bildirirəm. Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və əlbəttə ki, biz hamımız səsimizin dünya miqyasında eşidilməsini istəyirik. Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.

Hesab edirəm ki, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək.

Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Biz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulduq və fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəmizi verməyə çalışmışıq. Biz Bandunq prinsipləri ilə tamamilə razıyıq və bu prinsiplərin ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edirik. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə – bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Fəaliyyətimizin ilk günlərindən Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunmuşdur. Hesab edirəm ki, Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin də əsas səbəbi bu idi. 120 ölkənin bu möhtəşəm yekdil dəstəyi 2016-cı ildə nümayiş etdirilmiş və 2019-cu ildə Bakıda biz Qoşulmama Hərəkatının Zirvə toplantısını təşkil edərək müvəffəqiyyətlə keçirdik və 2019-2022-ci ilə qədər sədrliyi üzərimizə götürdük. Qoşulmama Hərəkatına sədrliyimizin yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-ci ilin axırına kimi uzadılmasını ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlaməti kimi qəbul edirik. Biz buna görə sizə çox minnətdarıq, sizin dəstəyinizi doğrultmaq və bunun düzgün seçim olduğunu nümayiş etdirmək üçün əlimizdən gələni edəcəyik.

Oxumağa dəyər:   Azərbaycan Ordusuna Laçın dəhlizi ilə bağlı tapşırıqlar verilib

Qoşulmama Hərəkatında sədrliyimiz COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. Biz Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etdik, onu 2020-ci ilin may ayında keçirdik və bu, pandemiya ilə mübarizə ilə bağlı yaxşılaşmada səylərimizin Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Bunun nəticəsində biz 2020-ci ilin dekabr ayında uğurla keçirilmiş, COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT Baş Assambleyanın xüsusi sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüsü irəli sürdük. Bizim səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu.

Beləliklə, üzv dövlətlərdə yaratdığımız məlumat bazası bu pandemiya ilə və gələcəkdə baş qaldıra bilən istənilən digər xəstəliklə mübarizədə çox faydalı idi və faydalı olmağa davam edir. Biz 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı təmin etmişik. Həmçinin biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etmişik və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Beləliklə, COVID-19 ilə mübarizəyə yanaşmamızla bağlı səylərimiz zənnimcə çox mühüm qlobal təsirə malik olmuşdur. Çünki biz peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idik. Hamımızın xatirindədir ki, pandemiyanın ilk günləri və aylarında bəzi zəngin ölkələr onlara lazım olduğundan ola bilsin üç və ya dörd dəfə çox peyvəndləri tədarük edir və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum edirdi. Biz hamımız digər ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələrin peyvəndlərin mütləq əksəriyyətindən istifadə etdiyinin şahidi olduq. Buna görə də bizim peyvənd millətçiliyinə qarşı mübarizəmiz Beynəlxalq Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir. Hesab edirəm ki, bu da vaksinlərin ədalətli paylanılmasına mühüm təsir göstərmişdir.
Başqa sözlə, Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququnun pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik. Biz, həmçinin Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin də şahidi olduq. Qeyd etdiyim kimi, Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdirirdi. Şahidi olduğumuz digər vacib bir həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələlər bizə qarşı kampaniyaya – qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar.

Təəssüflər olsun ki, bu sadəcə şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizə BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq.

Oxumağa dəyər:   Bakı sakinləri Qubada yol qəzasına düşüblər

Bir daha qeyd etmək istəyirəm ki, biz ədaləti bərpa edirdik. Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Ermənipərəst qüvvələr nə qədər də bunu görməzdən gəlməyə çalışsalar da buna müvəffəq ola bilmirlər. Çünki artıq, minlərlə, bəlkə on minlərlə insan, o cümlədən xarici qonaqlar, siyasətçilər, parlament sədrləri və üzvləri, jurnalistlər, ekspertlər və sıravi insanlar azad edilmiş ərazilərə səfər ediblər.

Biz bu münaqişəyə son qoyduq, ədalət və beynəlxalq hüququ bərpa etdik. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısındakı çıxışımda qeyd etmişdim ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Biz bunları bərpa edə bilməməyin, başqalarından asılı olmağın nə olduğunu yaxşı bilirdik. Biz uzun illər, təqribən 30 il ərzində bunu gözləyirdik. Gözləyirdik ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni, işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi.

Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.

2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Daha sonra döyüş meydanında azad edilməmiş digər rayonlardan çıxmağa məcbur edildi. Bunu etməyə bizə sadəcə 44 gün kifayət etdi. Ancaq biz bunu 30 ilə yaxın gözlədik. İşğal illəri dövründə, müxtəlif beynəlxalq tədbirlərdə çıxış edərkən mən Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırırdım. Deyirdim ki, bu problemin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqidir. O sanksiyalar ki, səmərəli olacaq və onların iqtisadiyyatına sarsıdıcı təsir göstərəcək. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.

Gördüyümüz kimi, Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi. Biz həmin siyasətə son qoyduq, güc və siyasi müdriklik sayəsində torpaqlarımızı azad etdik.

Deyə bilərəm ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmir. Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır? Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı.

Oxumağa dəyər:   Ukrayna Prezident Ofisi: "Müharibə Krımın azad olunması ilə başa çatmalıdır"

Bu, BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirir. Çünki qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var. Biz islahatların tərəfdarıyıq və hesab edirəm ki, bu, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır.

Ümumilikdə, hər kəsə məlumdur ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Hesab edirəm ki, biz səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik. Bilirəm ki, bəzi üzvlər arasında müəyyən problemlər var. Düşünürəm ki, Qoşulmama Hərəkatı həmin problemlərin həlli yolunu tapmaq üçün platforma ola bilər. Həmçinin ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik və bunu daha səmərəli edə bilərik. Biz məhz bunun tərəfdarıyıq.

Beləliklə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlib. Bilirəm ki, Qoşulmama Hərəkatının tarixində bununla bağlı müzakirələr olub və bəlkə də bu müzakirələri yenidən başlamağın vaxtı çatıb. Çünki bu gün biz dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidi oluruq. Hesab edirəm ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan olaraq biz bunu görmək arzusundayıq və ümid edirəm ki, bizim hörmətli qonaqlarımız, Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentlərinin nümayəndələri bu işə töhfə verəcək və əlbəttə ki, mən də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları ilə məsləhətləşmələrimi davam etdirəcəm.
Əziz dostlar bizimlə olduğunuza görə sizə təşəkkür edirəm. Ənənəvi Azərbaycan qonaqpərvərliyini göstərmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, bu konfrans təkcə çox məhsuldar deyil, həm də ünsiyyət və sıx təmasların qurulması baxımından da yaxşı fürsət olacaqdır. Nəticədə isə biz həmrəylik, qarşılıqlı dəstək və təsisatlarımızın gücləndirilməsində tərəqqinin şahidi olacağıq.
Sağ olun.

***

Sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək konfransın gündəliyi barədə məlumat verib. Bildirib ki, konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edilib, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olunub, qurumun sədri və sədr müavinləri seçilib.

Qeyd edək ki, üç gün davam edəcək konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar.

Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.

 






InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qəbələdə qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb – VİDEO

Hadisə 12/08/2022 11:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq qanunsuz çalışan ocaqxanaların fəaliyyətini dayandırıb.

Nazirlikdən bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları meşələrdə və meşəətrafı sahələrdə apardıqları monitorinqlər zamanı Qəbələ rayonu, Nic qəsəbəsinin ərazisində qeyri-qanuni yolla ağac kömürü istehsal edən üç ədəd ocaqxana aşkar edib.

Qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların meşə ərazisində istismar edilməsi ərazidə yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına münbit zəmin yaradır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları”nın 2.1.1 və 2.1.4-cü maddələrinin tələblərinə zidd olaraq meşə sahələrində ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanalar təşkil edən Babayev Nazim Cəbrayıl oğlu barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir – VİDEO

Multimedia 12/08/2022 10:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər görülür. Dəqiqləşdirilmiş döyüş mövqelərində xidmət edən hərbi qulluqçularımız istənilən təxribatın qarşısını almağa hər an hazırdırlar”, – məlumatda qeyd edilib..

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə Nazirliyindən yeni azad edilən yüksəkliklərdən – VİDEO

Xəbər 11/08/2022 16:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Ordusu tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və dəqiqləşdirilmiş mövqelərə təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Babadağda həlak olduğu bildirilən şəxsin axtarışlarına polis və dronlar cəlb edilib – VİDEO

Hadisə 09/08/2022 15:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun axtarışları davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparırlar. Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur.

Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcəkdir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Türkiyə Ukraynaya 50 ədəd zirehli avtomobil verib – VİDEO

Multimedia 09/08/2022 12:19
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyə Ukraynaya 50 ədəd “Kirpi” zirehli avtomobil verib.

Həmin avtomobillər artıq Ukraynanın cəbhə xəttinə gətirilib.

Məlumata görə, Türkiyənin Ukrayna Ordusuna daha 150 ədəd eyni markalı zirehli avtomobil göndərəcəyi gözlənilir. Türkiyə Silahlı Qüvvələrinin avtomobilləri Ukraynaya təmənnasız verdiyi güman edilir.

Bildirilib ki, zirehli avtomobillər Donetsk istiqamətində gedən döyüşlərdə istifadə olunacaq.

Qeyd edək ki, Türkiyə istehsalı olan “Kirpi” zirehli avtomobili yerli “BMC” şirkətinə məxsusdur.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Gizir hazırlığı kursu”na qəbul başladı – Video

Multimedia 08/08/2022 19:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar avqust ayının 8-dən sentyabr ayının 10-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına  müraciət edə bilərlər.

Müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir və hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər “Gizir hazırlığı kursu”na qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla 5 (beş) il müddətinə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

Oxumağa dəyər:   Astarada narkotikin təsiri altında avtomobili idarə edən sürücü həbs olunub

– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

– şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;

– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 2 nüsxədə;

– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri – 2 nüsxədə;

– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 2 nüsxədə;

– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) – 2 nüsxədə;

– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 2 nüsxədə;

– 8 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);

– psixoloji, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması barədə arayışlar;

Oxumağa dəyər:   Xaçmazda 40 yaşlı kişi bıçaqlanıb

– qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;

– qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə arayış;

– hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 nüsxədə.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).

Müraciət etmə vaxtı: 2022-ci il avqust ayının 8-dən sentyabr ayının 10-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək.

Telefon: (012) 538-35-70.

Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin “Gizir hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərişıq” Cəlilabadın10 kəndinin elektrik şəbəkəsini yenidən qurur – Video

Multimedia 08/08/2022 16:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Cəlilabad rayonunun Qamışlıgöl və Sadatlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.

“Azərişıq” ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində 84 abonenti olan Qamışlıgöl kəndində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 14 km-dan çox 10 kV-luq, 6 km-a yaxın 0,4 kV-luq elektrik xətti yenilənəcək.

Cəlilabadın Sadatlı kəndində də yenilənmə işlər davam etdirilir. 80 abonenti olan kənd ərazisində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 5 km-dan çox 10 kV-luq, 4 km-a yaxın 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək.

Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.

Cəlilabad rayonunun Qamışlıgöl və Sadatlı kəndləri ilə yanaşı, rayonun Albalan, Xəlilli, Güneyli, Allahverən, Məşədilər, Novruzallı, Məlikqasımlı və Yusublu kəndlərində də yenidəqurma işləri davam edir. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 800-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.

Oxumağa dəyər:   Salman Rüşdiyə hücum edən şəxs adam öldürməyə cəhddə ittiham olunur

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Səfər Mehdiyevin polis tərəfindən saxlanılması videosu yayıldı

Multimedia 08/08/2022 13:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Yol polisinin Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxladığı anın görüntüləri yayılıb.

Hadisə vaxtı Səfər Mehdiyev idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib. Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyev onu saxlayan polisə “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən” deməsi görünür.

Yol polisi isə cavabında ona “Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz” deyə bildirir.

Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.

Qeyd edək ki, görüntülər Səfər Mehdiyev DGK sədri olarkən çəkilsə də, bu gün ictimailəşib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakı-Gəncə qatarında yenilik – VİDEO

Multimedia 08/08/2022 12:43
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Avqustun 10-dan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmi saytından Bakı-Gəncə-Bakı istiqaməti üzrə hərəkət edən sürətli sərnişin qatarına onlayn rejimdə alınmış biletlər avtomatik olaraq elektron qeydiyyatdan keçirilmiş olacaq.

ADY-dən verilən məlumata görə, bununla da sərnişinlərin gediş-gəliş biletini onlayn sifariş etdikdən sonra kassalara yaxınlaşmasına ehtiyac qalmayacaq.

Sərnişinlərin elektron biletlərinin (mobil elektron cihazlarda və ya çap olunmuş şəkildə kağız daşıyıcılarda) qeydiyyatını qatara minik zamanı xüsusi aparat vasitəsilə sərnişin vaqonunun bələdçiləri yoxlayacaq. Elektron biletin satışı qatarın yola düşməsinə 1 saat qalmış dayandırılır, lakin sərnişinlər bilet kassasına yaxınlaşaraq əvvəlki qaydada gediş biletini əldə edə bilərlər. Qatarın yola düşməsinə 1 saatdan çox vaxt qaldıqda sərnişin bileti şəxsi kabinetindən geri qaytarma qaydalarına əsasən geri qaytara bilər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərdən qatara minik zamanı şəxsiyyəti təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, hərbi bilet, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd), eləcə də peyvənd əks-göstəriş və ya immunitet sertifikatı, 16 yaşadək sərnişinlərdən (uşaqlardan) isə doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi təqdim etmələri tələb olunur.

Oxumağa dəyər:   Azərbaycan hərbçiləri "Tank biatlonu" müsabiqəsində ilk yarışa başlayıb

Sərnişinlərə qatarın yola düşməsinə 30 dəqiqə qalanadək minik stansiyası və dayanacaqlara gəlmələri tövsiyə edilir. Bu, sərnişinlərin gediş sənədlərinin (elektron biletlərinin), peyvənd, əks-göstəriş və ya immunitet sertifikatlarının yoxlanışı prosedurunun tezləşdirilməsi, sərnişinlərin qatara gecikməsinin qarşısını alınması və qatarın qrafik üzrə hərəkət etməsi məqsədini daşıyır.

Yaxın zamanda ADY-nin istifadəyə verəcəyi yeni mobil tətbiqi vasitəsilə də elektron bilet almaq mümkün olacaq.

Elektron bilet almaq üçün ADY-nin rəsmi səhifəsinə keçid edə və ya elektron bilet satışı, vaksin sertifikatına dair qaydalarla tanış ola bilərsiniz.

Qeyd edək ki, sərnişinlər avqustun 10-na qədər onlayn alınan biletlər üçün əvvəlki qaydada kassaya yaxınlaşaraq kağız biletlər almalıdır.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Müstəntiq məndən 25 min manat istədi” – Klinika rəhbəri – VİDEO

Multimedia 08/08/2022 12:30
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Andromed klinikasının rəhbəri, həkim Mirzəli Cəfərquliyev Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqinin ondan rüşvət tələb etdiyini iddia edib.

Videomüraciətində M.Cəfərquliyev bildirib ki, bir müddət əvvəl klinikasının yerləşdiyi Xəzər rayonu Mərdəkan qəsəbəsindəki binanın yaxınlığında bir neçə ağac kəsilib. Daha sonra ağacı kəsənlər müəyyən edilərək cəzalandırılıblar: “Bir neçə gün sonra mənə Baş Prokurorluğun İstintaq İdarəsindən zəng etdilər. Müstəntiq Vətən Əliyev mənə bildirdi ki, bu işi bağlamaq üçün 25 min manat verməliyəm. Həmin vaxt ağacların kəsilməsinə hər hansı aidiyyətim olmadığını dedim, ağacı kəsənin də məlum olduğunu, həmin şəxsin günahını etiraf etdiyini və cərimələndiyini qeyd etdim. Lakin məni rahat buraxmadılar. 4 ay ərzində ardıcıl olaraq lüzumsuz yerə məni 20-25 dəfə idarəyə çağırtdırıb saatlarla gözlətdilər, azadlığımı bir növ məhdudlaşdırdılar”.

M.Cəfərquliyev artıq onun barəsində açılmış cinayət işi üzrə materialların Xəzər Rayon Məhkəməsinə göndərildiyini əlavə edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab verilib. Bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisi aparılarkən, həmin tikilinin qarşısında meşə fonduna daxil olmayan 2 ədəd yaş kök üstə bioloji inkişafda olan sərv ağaclarının qanunsuz kəsilməsi nəticəsində 2700 manat ziyan dəyməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb:

Oxumağa dəyər:   Bakıda fəhlə faciəvi şəkildə ölüb

“İş üzrə təqsirləndirilən Cəfərquliyev Mirzəli Cəfərqulu oğluna Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə ittiham elan olunub və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

20 mart 2022-ci il tarixdə cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib”.

Nizam Rza

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ötən ay Sabunçuda narkotik, oğurluq və quldurluq cinayətləri üzrə 61 nəfər saxlanılıb – VİDEO

Hadisə 08/08/2022 10:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən iyul ayında rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, soyğunçuluq törədən və üzərində qanunsuz olaraq silah saxlayan ümumilikdə 61 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən 40-ı narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Narkotiklə bağlı saxlanılan şəxslərdən 10 min 143 ədəd yaş halda çəkisi 431 kiloqram olan narkotik tərkibli çətənə kolu və 2 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitələr aşkar olunub.

Qeyd edilən dövr ərzində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Balaxanı, Zabrat, Bakıxanov, Maştağa, Nardaran və digər qəsəbələrdə yerləşən evlərdən, mağazalardan silsilə oğurluqlar edən 12 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 85 şəxsi evdən və obyektdən pul və məişət əşyaları oğurladıqları müəyyən edilib. Hesabat dövründə Sabunçu rayonunda üzərində qanunsuz olaraq silah saxlayan, quldurluq və soyğunçuluq edən 3 nəfər də tutularaq istintaqa cəlb edilib.

Oxumağa dəyər:   Salman Rüşdiyə hücum edən şəxs adam öldürməyə cəhddə ittiham olunur

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edilənlər tutuldu – Video

Multimedia 06/08/2022 14:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Cəlal Həsənov və tanışı Elvin Novruzov saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, həmin şəxslərin əlindəki bağlamaya baxış zamanı 10 kiloqrama yaxın marixuana və tiryək aşkar edilib. Onlar ifadələrində sosial şəbəkə vasitəsilə tanış olduqları xaricdə yaşayan narkotacirin şirnikləndirici vədləri müqabilində Bakıda narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.

Nərimanov RPİ-nin həyata keçirdiyi digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vəkilxan Səmədov və Pərviz Əsgərov da tutulublar. Bu şəxslərdən və idarə etdikləri avtomobillərdən 10 kq-dan artıq heroin, 2 kq tiryək aşkar edilib. Adları qeyd edilən şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şuşada “Muğam”ın qalibləri müəyyənləşdi – Video+

Multimedia 05/08/2022 19:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şuşada VIII “Muğam” televiziya müsabiqəsinin finalı keçirilir.

Tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.

Müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.

***

Şuşada keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib.

Müsabiqənin final konsert proqramında mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Azyaşlı qrup üzrə qaliblər:

I yer Həzrət Əzizli

II yer Fatimə Kərimova

III yer Sabir Ağayev.

Gənc xanəndələr arasında qaliblər:

I yer  Fuad Əzizadə

II yer Ülkər Abdullayeva və Aynur Həsənxanova

III yer Daşqın Kürçaylı və Vüqar Əbilov

Məftun Səfərli və Pedram Rəncbər isə həvəsləndirici mükafatla təltif edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şuşada “Muğam”ın finalı keçirilir – Canlı – VİDEO

Multimedia 05/08/2022 16:31
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şuşada VIII “Muğam” televiziya müsabiqəsinin finalı keçirilir.

Tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.

Müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İsmayıllıda 50 yaşlı kişi qadının evini yandırıb – VİDEO

Hadisə 05/08/2022 14:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İsmayıllıda 50 yaşlı kişi qadının evini yandırıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 3-də FHN-in “112” qaynar telefon xəttinə İsmayıllı şəhəri, Tofiq İsmayılov küçəsində Natəvan Nəbi qızı Məmmədliyə məxsus köməkçi tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

İlkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin 1972-ci il təvəllüdlü Teymur Nəbi oğlu Nəsirov tərəfindən törədildiyi müəyyən edilib, toplanan materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Dini hisslərə toxunmaqla qarışıqlıq yaratmağa cəhd göstərirlər” – Hacı Şahin – VİDEO

Multimedia 05/08/2022 14:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Məşədi Dadaş məscidinin imamı, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli Cümə xütbəsində ötən gün bir qrup radikal şəxsin Londondakı səfirliyimizə hücum etməsinə münasibət bildirib.

Hacı Şahin baş verənlərin və davranış formasının İslam dinə uyğun olmadığını deyib:

“Baxmayaraq ki, məlum şəxslər orada dini şüarlar səsləndirirdi, əslində bu dini hisslərin istismar edilməsidir. Bu insanların dini və məzhəbi yoxdur. Onların fəaliyyətini araşdıranda məlum olur ki, ilk gündən qarşıdurma yaratmaq istiqamətində çalışırlar. Çox güman ki, bu işləri xarici xüsusi xidmət orqanlarının sifarişi ilə görürlər. Ordan endirilən, təhqir edilən bayraq uğrunda minlərlə canını fəda edərək şəhidlik zirvəsinə ucalıb. O, bayrağın endirilməsi, təhqir edilməsi, dövlətimizlə yanaşı, dinimizin, inancımızın təhqir edilməsidir”.

Hacı Şahin əlavə edib ki, Londonda törədilən hadisıə bu günlərdə Azərbaycanın həyata keçiridiyi “Qisas” əməliyyatı ilə də bağlı ola bilər: “Mən baxıb görürəm ki, erməni teleqram kanalları Londondakı hadisəni böyük canfəşanlıqla yayırlar. Yəqin ki, zaman göstərəcək ki, bu kimi addımlarda düşmən izi var. Azərbaycanın inanclı insanları da bu kimi hadisələrdə diqqətli olmalıdırlar. Görürük ki, dini hisslərə toxunaraq Azərbaycanda qarışıqlıq yaratmağa cəhd göstərirlər”.

Oxumağa dəyər:   Yaponiyada qasırğa səbəbilə 70 mindən çox insan təxliyə edilib

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Hadisə 12/08/2022 11:44

Qəbələdə qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb – VİDEO

Read more
Multimedia 12/08/2022 10:32

Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir – VİDEO

Read more
Xəbər 11/08/2022 16:53

Müdafiə Nazirliyindən yeni azad edilən yüksəkliklərdən – VİDEO

Read more
Hadisə 09/08/2022 15:14

Babadağda həlak olduğu bildirilən şəxsin axtarışlarına polis və dronlar cəlb edilib – VİDEO

Read more
Multimedia 09/08/2022 12:19

Türkiyə Ukraynaya 50 ədəd zirehli avtomobil verib – VİDEO

Read more
Multimedia 08/08/2022 19:17

“Gizir hazırlığı kursu”na qəbul başladı – Video

Read more
Multimedia 08/08/2022 16:44

“Azərişıq” Cəlilabadın10 kəndinin elektrik şəbəkəsini yenidən qurur – Video

Read more
Multimedia 08/08/2022 13:23

Səfər Mehdiyevin polis tərəfindən saxlanılması videosu yayıldı

Read more
Multimedia 08/08/2022 12:43

Bakı-Gəncə qatarında yenilik – VİDEO

Read more
Multimedia 08/08/2022 12:30

“Müstəntiq məndən 25 min manat istədi” – Klinika rəhbəri – VİDEO

Read more
Hadisə 08/08/2022 10:20

Ötən ay Sabunçuda narkotik, oğurluq və quldurluq cinayətləri üzrə 61 nəfər saxlanılıb – VİDEO

Read more
Multimedia 06/08/2022 14:08

Şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edilənlər tutuldu – Video

Read more
Multimedia 05/08/2022 19:41

Şuşada “Muğam”ın qalibləri müəyyənləşdi – Video+

Read more
Multimedia 05/08/2022 16:31

Şuşada “Muğam”ın finalı keçirilir – Canlı – VİDEO

Read more
Hadisə 05/08/2022 14:53

İsmayıllıda 50 yaşlı kişi qadının evini yandırıb – VİDEO

Read more
Multimedia 05/08/2022 14:08

“Dini hisslərə toxunmaqla qarışıqlıq yaratmağa cəhd göstərirlər” – Hacı Şahin – VİDEO

Read more
Hadisə 05/08/2022 11:56

Baş Prokurorluq “Dini ekstremizm nədir?” adlı videoçarx hazırlayıb

Read more
Multimedia 04/08/2022 22:14

Ordumuzun nəzarət etdiyi Sarıbabadan – Görüntülər – VİDEO

Read more
Hadisə 04/08/2022 14:53

Mingəçevirdə ahıl kişi bataqlığa düşüb – VİDEO

Read more
Multimedia 04/08/2022 12:59

HHQ-nin aviasiya vasitələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir – Video

Read more
Multimedia 04/08/2022 10:44

Erməni təxribatına İran səfirliyindən – Reaksiya – VİDEO

Read more
Multimedia 04/08/2022 10:14

Zelenski Qarabağdakı gərginlikdən danışdı – VİDEO

Read more
Multimedia 04/08/2022 08:41

Şəhid Anar əsgərliyə belə yola salınmışdı – Video

Read more
Multimedia 04/08/2022 07:11

Şuşada 28 il sonra tapılan dəftər… – Video

Read more
Multimedia 03/08/2022 22:32

Erməni teleqram kanallarından növbəti təxribat – Video

Read more
Multimedia 03/08/2022 19:20

Ordumuzun “Qisas” əməliyyatının – Videosu

Read more
Multimedia 03/08/2022 16:11

FHN bulvarda intihara cəhd edən qadını xilas edib – Video

Read more
Multimedia 03/08/2022 13:29

Neftçalada 4 kəndin elektrik şəbəkəsi yenidən qurulur – Video

Read more
Multimedia 03/08/2022 11:59

Ötən sutka 4 azyaşlı xilas edilib – Video

Read more
Hadisə 03/08/2022 11:11

Baş Prokurorluq Şuşaya səfər etmək istəyənlərə müraciət ünvanlayıb – VİDEO

Read more
Multimedia 01/08/2022 23:16

Nazirlik rəsmisindən Xəzər dənizinə köpəkbalığı buraxılması ilə bağlı – Açıqlama – VİDEO

Read more
Multimedia 01/08/2022 21:56

Tarixçilərin Ermənistanın yalançı tarixçiləri ilə mübarizəsi: uduzan yalnız erməni cəmiyyətidir – VİDEO

Read more
Multimedia 01/08/2022 17:29

Otuz ildən sonra dağlarda cığır açanlar – Laçından ilk VLOG – VİDEO

Read more
Multimedia 01/08/2022 11:32

FHN “Şirvan OCL” şirkətinin mərkəzi çənlər parkında yanğın-taktiki təlim keçirdi – Video

Read more
Multimedia 31/07/2022 11:02

İki Şəhid anasının toyda icra başçısı ilə rəqsi duyğulu anlar yaşatdı – Video+Fotolar

Read more
Multimedia 30/07/2022 15:11

Gömrük Komitəsi Dubaydan 30 ədəd telefonun ölkəyə keçirilməsinin qarşısını alıb – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2022 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla