Hazırda Azərbaycan və İran iqtisadi-ticari, nəqliyyat, energetika və digər sahələrdə səmərəli əməkdaşlıq edirlər.
Bu fikirləri Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana ünvanlandığı təbrik məktubunda deyib.
Dövlət başçısı qeyd edib ki, iki ölkə arasındakı qarşılıqlı fəaliyyətin əhatə dairəsinin daha da genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi üçün əlverişli imkanlar mövcuddur.