Akif Əli Zadə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Ağa Mehti oğlu Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, Akif Əli Zadə 2013-2019-cu illərdə AMEA-nın prezidenti olub.