Məlum olduğu kimi Prezident İlham Əliyev bu gün Əli Həsənov və Hacıbala Abutalıbovu vəzifədən azad edib.

Azərbaycan 24 xəbər verir ki, Prezident hər iki məmurla söhbətində onların 70 yaşı ötdüyünü və təqaüd vaxtı olduğunu bildirib.

İlham Əliyev 70 yaş üzrindəki digər məmurları da istefa ərizəsi yazmağa çağırıb:

Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər.