
Azərbaycan Prezidenti İlham Əliyev istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla əhali qrupu istehlakçılarının suölçən cihazlarla təmin edilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılıb.