“Praqa görüşündə əldə olunan nəticələr Prezident İlham Əliyevin apardığı siyasətin diplomatik qələbəsidir”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Onun sözlərinə görə, ümumiyyətlə Praqada keçirilən sammit Azərbaycanın hərtərəfli güvənilən tərəfdaş və Avropanın enerji təhlükəsizliyində vacib aktor olduğunu göstərmək baxımından müstəsna əhəmiyyət daşıyır.

Deputat vurğulayıb ki, Praqa görüşü hər şeydən əvvəl Prezident İlham Əliyevin daha əvvəl irəli sürdüyü 5 prinsip əsasında keçirilib:

“Çünki görüşdən sonra verilən bəyanatda göstərilir ki, tərəflər BMT nizamnaməsinə uyğun olaraq bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıyırlar. Eyni zamanda 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsinə sadiqliklərini nümayiş etdirirlər. Bu da Ermənistanla yanaşı Avropa liderlərinin də Azərbaycanın ərazi bütövlüyünü tanıması deməkdir. Bu isə çox vacib bir məqamdır və hesab edirəm ki, Prezident İlham Əliyevin apardığı siyasətin diplomatik qələbəsidir. Eyni zamanda sülh müqaviləsinin imzalanmasına yönəlmiş növbəti addımdır”.

Görüşün yekunlarını şərh edən N.Məhəməliyev qeyd edib ki, diqqət çəkən məqamlardan biri də Avropa İttifaqı missiyasının Cənubi Qafqaza gəlmə məsələsidir.

İstinadlar Report