
Bir neçə gün əvvəl Quba rayonunda baş vermiş ağır yol qəzasında xəsarət alan qadın vəfat edib.
Quba şəhəri ərazisində Gülovun idarə etdiyi “Mercedes”lə polis serjantı Seyidgül Ağayevin idarə etdiyi “Hyundai İX 35” markalı xidməti polis avtomobili toqquşub. Nəticədə “Mercedes”də sərnişin olan Əhmədova Əntiqə İbrahim qızı ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tibbi müdaxilələrə baxmayaraq qadın martın 29-da dünyasını dəyişib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, qəzanı törədən S.Ağayev Quba RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır.