
Portuqaliyanın daxili işlər naziri Eduardo Kabrita ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yaranan qalmaqaldan sonra istefa verib.
Qeyd edilir ki, hadisə 2020-ci ilin yayında qeydə alınıb. Nazirin salonunda olduğu avtomobil 166 km/saat sürətlə hərəkətdə olarkən yol işçisini vurub. İşçi aldığı ağır xəsarətlərdən ölüb.