Portuqaliyanın Baş naziri Antoniu Koşta mayın 21-i Kiyev vilayətinin İrpen şəhərində olub. Siyasətçi səfər zamanı gördüklərini heç vaxt unutmayacağını deyib.

Bu barədə o, tviter paylaşımında yazıb.

Portuqaliyanın hökumət başçısının səfəri Ukraynanın Baş naziri Denis Şmıqalın dəvəti ilə baş tutub.

“Dağıntıların və zorakılığın səviyyəsi inanılmazdır. Amansız, özbaşına və haqq qazandırılması mümkün olmayan hücumların şahidi oldum. Müharibə hər zaman günahsız insanlara toxunur. Burada həyat sürmüş, işi, evi olan insanlar sağ qalmaq üçün hər şeylərini atıb gediblər. Məni ən çox dəhşətə gətirən dinc sakinlərə qarşı zorakılıqdır”, – Koşta yazıb.

İstinadlar Report