Portuqaliya hakimiyyəti koronavirus xəstəsi olan ölkə sakinlərinə yanvarın 30-da seçkilərdə iştirak üçün evlərini tərk etməyə icazə verəcək.

Bu barədə “The Guardian” məlumat yayıb.

Bəyanat ölkədə koronavirusa yoluxma hallarında gündəlik rekord artım – 43 729 yoluxma hadisəsi qeydə alındıqdan sonra verilib.

Portuqaliyanın daxili işlər naziri Fransisko van Dunem karantində olan seçicilərə bir saat ərzində seçki məntəqələrinə gəlməyi tövsiyə edib.

İstinadlar Report