Ukrayna Prezidenti Pyotr Poroşenko mənim vətəndaşlığımın məhkəmə vasitəsilə ləğvi üçün tapşırıq verib.

Azərbaycan 24 xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Odessanın eks-qubernatoru Mixail Saakaşvili söyləyib. Onun sözlərinə görə, Poroşenko bu göstərişi İqor Konenko və Qranovskiyə verib:

“Ukrayna qanunvericiliyi bir şəxsin başqa ölkə vətəndaşlığı olmadığı müddət ərzində vətəndaşlığının ləğv edilməsinə izn vermir. Bu qərar yalnız mənim daha iradəli addımlarla öz planlarımı reallaşdırmağıma imkan verəcək”.

Qeyd edək ki, Saakaşvili noyabrın 7-də Odessa qubernatoru vəzifəsindən istefa verib. Məhz bundan sonra onun Ukrayna hökuməti ilə münasibətləri gərginləşib.