Müxtəlif ölkələrdə populyar “Instagram” və “Facebook” proqramlarının “iPhone” istifadəçilərinə şəxsi məlumatların toplanılmasının səbəbini izah edən bildirişlər göndərilməyə başlanıb.

Məlumata görə, şəxsi məlumatların toplanması sosial şəbəkə istifadəçisinə fərdiləşdirilmiş reklamı təqdim etməyə kömək edir. Həmçinin bildirişlərdə qeyd olunur ki, özü haqqında məlumatların toplanılmasına icazə verən istifadəçi “Facebook” sosial şəbəkəsinin, eləcə də onun reklam verənlərinin inkişafını dəstəkləməyə kömək etmiş olur.

Bildirilir ki, “Facebook” və “Instagram” tərəfindən göndərilən bildirişləri istifadəçilər smartfonların əməliyyat sistemini “iOS 14” versiyasınadək yenilədikdən sonra almağa başlayıblar.

Əksər istifadəçilər öz məlumatlarının kənar şirkətlərə ötürülə biləcəyini düşünərək bildirişləri “iOS 14” yeniləməsində məxfilik quraşdırmalarında tam yeni imkanlarla əlaqələndiriblər.

Nizam Nuriyev

İstinadlar ict news