ABŞ-ın dövlət katibi Maykl Pompeo türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığının məzmununu açıqlayıb.

Bu barədə o, özünün “Twitter”dəki səhifəsində yazıb.

Birləşmiş Ştatların dövlət rəsmisi bildirib ki, telefon söhbətində rəsmi Ankaranı Suriya üzrə dialoqa qayıtmağa çağırıb.

“Dünən Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə danışdım, Türkiyəni hərbi əməliyyatı qurtarmağa və Suriyanın şimal-şərqində təhlükəsizlik məsələləri ilə bağlı ABŞ-la dialoqa qayıtmağa çağırdım”, – deyə Pompeo “Twitter”də yazıb.

Bu, ABŞ-ın Türkiyənin üç nazirinin adlarını sanksiyalar siyahısına saldıqdan sonra tərəflər arasında ilk danışıqdır.

İstinadlar Report