ABŞ-ın dövlət katibi Mayk Pompeo Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Maykl Sedvillə görüşün gedişatında Hindistan və Pakistan ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Robert Palladinonun xəbərində deyilir.

Qeyd edilir ki, tərəflər qlobal əhəmiyyət kəsb edən əsas məsələləri müzakirə ediblər.

O, bildirib ki, tərəflər həmçinin Hindistan və Pakistan arasında münasibətlərdə gərginliyin azaldılmasına dəstək göstərilməsi, Suriyada inkişaf nailiyyəti və İranın pisniyyətli təsirinə qarşı fəaiyyəti müzakirə ediblər.

Pompeo və Sedvill ciddi qlobal çağırışlar şəraitində Vaşinqton və London arasında xüsusi münasibətlərin güclənməsinə və əməkdaşlığa sadiq olduqlarını təsdiqləyiblər.

Daha əvvəl Pompeo bildirib ki, ABŞ və Şimali Koreya arasındakı danışıqların yeni mərhələsi bir neçə həftə sonra keçirilə bilər.

İstinadlar Report