Polşanın Milli Müdafiə naziri Mariuş Blaşak ölkədə hərbçilərin sayının iki dəfə artırılmasına ehtiyac olduğunu bəyan edib.

Nazir bildirib ki, hazırda Polşa ordusunda yüz min hərbçi yerinə iki yüz min hərbçi olmalıdır. “Mən əminəm ki, Polşa ordusunda daha çox əsgər olmalıdır, çünki bu təhlükəsizlik üçün zəmanətdir”.

Bununla əlaqədar müdafiə naziri vurğulayıb ki, onun əsas prioriteti hərbçilərin sayını artırmaqdır.

Qeyd edək ki, bundan əvvəl ABŞ əsgərlərinin Polşada təlim keçəcəyi bildirilmişdi.

İstinadlar Report