Varşava şəhərinin Mokotuv Rayon Məhkəməsi Polşanın hökumət təyyarəsi Tu-154M-in qəzaya uğradığı gün Smolensk-Severnı hava limanında növbətçilik edən üç rusiyalı aviadispetçerdən birinin müvəqqəti həbs edilməsi ilə bağlı Respublika Baş Prokurorluğunun vəsatətini təmin edib.

Bu barədə TASS-ın müxbirinə məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.

“Viktora R.-yə (Polşa qanunlarına əsasən, soyad açıqlanmır – red.) qarşı iş üzrə məhkəmə şübhəli şəxs barəsində saxlanıldığı gündən 30 gün müddətinə həbs qətimkan tədbiri seçib”, – məlumatda bildirilib.

İstinadlar Report