Ümumdünya Şəhər Forumunun (WUF11) XI sessiyasının açılış mərasimində Polşanın Baş naziri Mateuş Moravetski, BMT-nin Yaşayış Məskənləri Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərif, Katovitsa şəhərinin meri Marçin Krupa və digər rəsmi şəxslər iştirak ediblər.

BMT-nin Yaşayış Məskənləri Proqramının təşkil etdiyi bu nüfuzlu beynəlxalq konfrans şəhər və yaşayış məskənlərinin inkişafına həsr olunub.

Forum iştirakçılarına Polşanın kömür sənayesinin mərkəzlərindən biri olan Katovitsa şəhərinin tarixi və inkişafından bəhs edən film nümayiş etdirilib.

Polşanın Baş naziri Mateuş Moravetski çıxış edərək şəhərlərin insanların yaşaması üçün rahat yer kimi inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Onun sözlərinə görə, pandemiyanın davam etdiyi 2 il bu məsələnin nə qədər aktual olduğunu göstərib: “Şəhərlər inkişafın mərkəzidir. Lakin məhz şəhərlər COVID-19-un yayıldığı məkana çevrildi”.

İstinadlar Report