Miqrasiyaya nəzarət məsələsi həll olunmasa, Avropa İttifaqı (Aİ) 10-15 ildən sonra dağıla bilər.

Bunu Polşanın daxili işlər və administrasiya nazirinin müavini Matsey Duşik deyib.

“Əgər miqrasiyaya nəzarət edə bilməsək, Şengen zonası yox olmaq ilə üz-üzə qalacaq. Şengensiz isə Aİ-nin varlığı üçün daha az arqument olacaq. Müəyyən perspektivdə Aİ də dağıla bilər. Bu, yaxın 10-15 il üçün çox real ssenaridir”, – o deyib.

Duşikin sözlərinə görə, Aİ-nin bu yaxınlarda qəbul edilmiş miqrasiya paktına tezliklə düzəlişlər edilməsə, bəzi üzv dövlətlərin daxili sərhədlərində sərhəd nəzarəti tətbiq oluna bilər.

İstinadlar Report