Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Polşadan siyasi sığınacaq almaq üçün müraciət etməyəcək

“RİA Novosti”nin verdiyi xəbərə görə, M. Saakaşvili bu barədə “News One” kanalına açıqlamasında deyib.
O bildirib ki, Polşa Daxili İşlər Nazirliyi ondan siyasi sığınacaq almaq kimi bir niyyətinin olub-olmadığı soruşulub: “Mən onlara heç bir siyasi sığınacaq istəmədiyimi dedim”.
Qeyd edək ki, M. Saakaşvili fevralın 12-də Kiyevdəki “Suluquni” restoranında Ukrayna Miqrasiya Xidmətinin tələbi ilə saxlanıldıqdan sonra Polşaya readmissiya edilib. O, ötən ilin sentyabrında məhz Polşadan Ukraynaya daxil olmuşdu.APA