Polşada növbəti prezident seçkisi iyunun 28-də keçiriləcək.

Bunu iyunun 3-də Polşa parlamentinin Aşağı Palatasının sədri Eljbet Vitek bildirib.

“Prezidenti seçkisi 2020-ci il iyunun 28-i bazar gününə təyin edilib”, o deyib.

E.Vitekin sözlərinə görə, ölkənin Dövlət Seçki Komissiyası seçkinin keçirilməsi qərarını dəstəkləyib.

Artıq Polşada seçki kampaniyası başlayıb.