Polşada Doroxusk dəmiryol stansiyasında naməlum şəxslər Ukraynaya məxsus vaqonlarda olan taxılı yerə töküblər.

Bunu Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov bildirib. Onun sözlərinə görə, bu, dəmiryol vağzalında baş verən sayca dördüncü belə hadisədir.

A.Kubrakovun sözlərinə görə, bu, Ukraynanın kənd təsərrüfatı məhsullarının sistematik şəkildə məhv edilməsi planlaşdırılan təxribata bənzəyir. “Bu cinayətləri törədənləri Ukrayna sülhü və sivil dünyanın qələbəsi qətiyyən maraqlandırmır. Biz Polşa hüquq-mühafizə orqanlarını dərhal cavab verməyə çağırırıq”, – o, “X” sosial şəbəkəsində yazıb.

İstinadlar Report