
Polşanın Suxednyuv şəhərində bir ailə evlərinin altında İkinci dünya müharibəsi dövründən qalmış partlamamış mərmi aşkarlayıb.
Sursat cümə günü təmir zamanı tapılıb.
Hadisə yerinə gələn polis bunun ehtimal ki İkinci dünya müharibəsindən bəri evin altında qalmış, çəkisi 50 kq olan partlamamış mərmi olduğunu təsdiqləyib. İstehkamçılar mərmini utilizasiyaya aparıblar.