Polşa və Rumıniyanın Baş nazirləri Mateuş Moravetski və Nikolae Çuke bildiriblər ki, onların ölkələri fermerləri ucuz idxal olunan taxıl axınından qoruyacaq ticarət mexanizminin tətbiqi üçün Avropa Komissiyası ilə danışıqlar aparır.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, mexanizm Ukraynadan gələn taxılın dempinq qiymətinə satışının qarşısını almaq üçün onun izlənməsini nəzərdə tutur.

İstinadlar Report