Polşa və Norveçdən olan təlimatçılar Ukrayna hərbçilərinin növbəti qrupuna “Leopard” tanklarında təlim keçməyə başlayıblar.
Bu barədə “Kresy” nəşri məlumat yayıb.
“NATO ordularının əsas döyüş tankı “Leopard 2A4″-dür. Norveç və Polşadan olan hərbi təlimatçılar təlim zamanı ukraynalı kursantlara hərbi texnikanı daha müstəqil idarə etmək imkanı verməyə çalışırlar”, – məlumatda deyilir.
Qeyd olunur ki, xarici təlimatçılar ukraynalılara təlimdə daha müstəqil olmaq imkanı verməklə onların da öz növbəsində digər ukraynalılara döyüş tankını idarə etməyi öyrətməsini istəyirlər.