Amerikanın RTX (Raytheon Technologies Corporation) şirkəti və Polşanın “Huta Stalowa Wola” şirkəti “Patriot” zenit-raket komplekslərinin tərkib hissəsi olan “M903” buraxılış qurğusunun 48 ədəd həcmində istehsalı üzrə müqavilə imzalayıb.

Bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

“Baş nazirin müavini Vladislav Kosinyak-Kamış (həm də Polşanın müdafiə naziri) və müdafiə nazirinin müavini Pavel Beydanın iştirakı ilə 48 ədəd “M903” raket buraxılış qurğusunun istehsalına dair müqavilə imzalanıb. Sənəd “Wisla” proqramının (Polşanın uzaqmənzilli raketdən müdafiə sisteminin yaradılması – red.) II fazasının həyata keçirilməsi təşəbbüsünü və 2027-2029-cu illər ərzində Polşa istehsalçıları ilə əlavə komponentlərin tədarükü üzrə müqavilələrin imzalanmasını özündə ehtiva edir”, – Nazirliyin “X” sosial şəbəkə hesabında yazılıb.

Polşa müdafiə nazirinin sözlərinə görə, müqavilənin dəyəri 1,23 milyard ABŞ dolları təşkil edib.

İstinadlar Report