Polşa və ABŞ hökumətləri 96 ədəd “Apache AH-64E” hücum helikopterinin tədarükü üzrə müqavilə imzalayıb.

Bu barədə məlumat Polşa Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

“Baş nazirin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamısh Polşa ordusu üçün 96 ədəd “Apache AH-64E” hücum helikopterinin tədarükü üzrə müqavilə imzalayıb. ABŞ hökuməti ilə müqaviləyə həmçinin logistika və təlim xidmətləri paketinin göstərilməsi, döyüş sursatı və ehtiyat hissələrinin tədarükü daxildir”, – məlumatda deyilir.

İstinadlar Report