Polşa kömürün yandırılması nəticəsində əldə edilən elektrik enerjisini Ukraynaya satmağa hazırdır.
Bu barədə Polşa Seyminin (parlamentin aşağı palatası) Xarici Əlaqələr Komitəsinin rəhbəri Pavel Koval “Radio Zet” radiostansiyasının efirində bildirib.
O qeyd edib ki, rəsmi Varşavanın ETS (Aİ karbon ticarəti sistemi) çərçivəsində xərclərin qarşısını almaq üçün həll yolu var.
“Artıq ETS ilə bağlı həll yolumuz var. Bunun texniki cəhətdən necə göründüyünü hələlik deyə bilmərəm”, – parlamentari vurğulayıb.
Siyasətçi iddia edir ki, Varşavanın təklif etdiyi variant Avropa Komissiyasını razı salmalıdır. Onun sözlərinə görə, Polşa Kiyevə elektrik enerjisini ucuz qiymətə satmayacaq.