Müharibənin altıncı ayında Ukrayna NATO ölkələrindən rekord məbləğdə yardım alır.

Bu barədə Polşanın Kiyevdəki səfiri Bartoş Tsixotski bildirib.

Səfirin sözlərinə görə, Şimali Atlantik Alyansının heç bir dövləti NATO-nun üzvü olmayan Ukraynanın bu assosiasiya ölkələrindən aldığı yardım qədər yardım almayıb.

Fevralın 24-dən Ukraynaya hərbi dəstəyi koordinasiya etmək üçün Ramşteyn formatında dörd NATO konfransı keçirilib. “Bu, görünməmiş haldır. Heç bir NATO dövləti NATO-nun üzvü olmayan Ukraynanın aldığı yardım kimi yardım almayıb. Bu, həm də ən geniş kəşfiyyat və peyk dəstəyinə, eləcə də Ukrayna əsgərlərinin Böyük Britaniya, Polşa, ABŞ və digər ölkələrin poliqonlarında təlim keçməsinə aiddir”, – o deyib.

İstinadlar Report