Avropa İttifaqı (Aİ) Polşaya Rusiya Federasiyası və Belarusla sərhədlərini qorumaq üçün 52 milyon avro ayırıb.

Bu barədə Polşa Baş nazirinin Dəftərxanası “X” sosial şəbəkəsində məlumat yayıb.

“Polşa Avropa İttifaqının sərhədlərinin qorunması üçün 52 milyon avro alacaq. Bu vəsait elektron müşahidə avadanlığının modernləşdirilməsinə, telekommunikasiya şəbəkələrinin keyfiyyətinin yaxşılaşdırılmasına və dronların aşkarlanması üçün avadanlıqların alınmasına yönəldiləcək”, – məlumatda bildirilir.

İstinadlar Report