Polşanın ən böyük sağyönümlü partiyası olan “Hüquq və Ədalət” tərəfindən dəstəklənən prezidentliyə namizəd Karol Navrotski neonasistlərlə əlaqədə ittiham olunur.
Bunu Donald Tuskun “Vətəndaş təşəbbüsü” partiyasını təmsil edən Avropa Parlamentinin üzvü Dariuş Yonski bildirib.
“Navrotski Vesterplatte abidəsi ərazisində tədbirin təşkilini neonasist köklərə malik olan qrupa həvalə edib. Bu, yolverilməzdir”, – o qeyd edib.
Yonski həmçinin Navrotskinin cinayətkar aləmin və radikal qruplaşmaların nümayəndələri ilə guya əlaqələrinin olduğunu təsdiqləyən “Hüquq və Ədalət” partiyasının daxili hesabatına istinad edib.