
Polşa Prezidenti Andjey Duda Rusiya və ABŞ arasında aparılan danışıqlar və Ağ Ev nümayəndələri ilə Avropa müttəfiqləri arasında Ukrayna üzrə ilk məsləhətləşmələr fonunda Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. Toplantı fevralın 24-də keçiriləcək.
Duda bu barədə “TVP İnfo” telekanalının yayımladığı mətbuat konfransında bildirib.
“Hesab edirəm ki, bu beynəlxalq problemlərin geniş formatda müzakirəsinin vaxtı çatıb. Milli Təhlükəsizlik Şurasını çağırmaq qərarına gəldim”, – o bildirib.
Polşa lideri daha əvvəl ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb. Duda Kelloqu əmin edib ki, ABŞ Avropadakı hərbi mövcudluğunu azaltmaq niyyətində deyil.