Polşa Norveçin Varşavadakı konsulunu “arzuolunmaz şəxs” elan edib.

Bunu Polşanın xarici işlər nazirinin müavini Şimon Şinkovski vel Senk “Twitter”də yazıb.

“Norveç hökuməti konsul Slavomir Kovalskini “arzuolunmaz şəxs” hesab edib ki, bu da onun öz işini icra etməsinə maneəçilik törədir. Bu vəziyyətdə yeganə mümkün qərar qarşılıqlı addımdır”, – deyə Şinkovski vel Senk yazıb.

O əlavə edib ki, qərar “dərhal icra olunacaq”.

İstinadlar Report