
Polşa Prezidenti Anjey Duda seçkilərin nəticələrinin Ali Məhkəmə tərəfindən təsdiq edilməsinin yeni proseduru haqqında qanun layihəsini imzalamayıb.
Bu barədə Polşa liderinin ofisinin rəhbəri Malqojata Paprotskaya jurnalistlərə bildirib.
“Prezident bu qanun layihəsinə veto qoymaq qərarına gəlib. Prezidentin qərarının əsas səbəbi hakim təyinatlarının toxunulmazlığı məsələsi olub. Yeni qanun təyin edilmiş hakimlərin səlahiyyətlərini ləğv edəcəkdi”, – Duda administrasiyasının nümayəndəsi söyləyib.