
Polşa Almaniya hakimiyyətinin iki ölkə sərhədində nəzarəti uzatmaq qərarına etiraz edib.
Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski məlumat verib.
“Almaniyanın bütün qonşuları ilə sərhəd nəzarəti tətbiq etməsi Şengen zonasının faydalarını sarsıdır. Biz bu qərarı qəbul etmirik. Polşa tərəfi hələ də buna necə cavab verəcəyini düşünür”, – deyə o qeyd edib.
Sikorski istisna etməyib ki, ölkənin Baş naziri Donald Tusk oktyabrın 12-də Polşa tərəfdən cavab tədbirləri elan edə bilər.