Polşanın hakim “Hüquq və Ədalət” Partiyasının qurucusu və sədri Yaroslav Kaçinski Almaniyanın siyasətini tənqid edib.

Bu barədə “Wirtualna Polska” məlumat yayıb.

Kaçinski qeyd edib ki, Almaniya 4-cü Reyxi qurmaq istəyir, lakin Polşa buna imkan verməyəcək.

Oktyabrın sonunda Avropa İttifaqı Varşavaya məhkəmələrin islahatı üçün gündə bir milyon avro cərimə ödəməyə qərar verdikdən sonra Polşa ilə birlik arasında münasibətlər pisləşib.

İstinadlar Report