Polşa aprelin 22-si səhərə qədər Ukraynadan daxil olan yük maşınlarının gömrük rəsmiləşdirilməsini dayandırıb.

Bu barədə Ukrayna Dövlət Gömrük Xidməti məlumat yayıb.

Belə ki, Polşa gömrüyü içərisində yük olan nəqliyyat vasitələrinin qeydiyyatını aprelin 21-i yerli vaxtla saat 17:00-dan (Bakı vaxtı ilə 19:00) 22 aprel səhər saat 07:00-a (Bakı vaxtı ilə 09:00) qədər aparmayacaq.

Polşa tərəfi bu cür addımın səbəbini texniki nasazlıqlarla bağlı olduğunu açıqlayıb.

İstinadlar Report