
Polşa hökuməti iyunun 13-dən etibarən Belarusla sərhəddə bufer zonada insanların hərəkətinə məhdudiyyətlər tətbiq edəcək.
Bu barədə Polşanın daxili işlər naziri Tomaş Semonyakın imzaladığı və Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən sərəncamda deyilir.
Sənədə əsasən, məhdudiyyətlər Narevka, Dubiçi-Tserkevnı və Çeremşa sərhəd xidməti bölmələrinin məsuliyyəti zonasında 90 gün müddətində qüvvədə olacaq. Təbiət qoruqları ərazisində bufer zonanın dərinliyi 200 m-dən 2 km-ə qədər olacaq. Məhdudiyyətlər yaşayış məntəqələrində və turizm marşrutlarında tətbiq edilməyəcək.